Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Cocuq Mərcanlıda yerləşən suvenir istehsalı müəssisəsində olub 20.05.22
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Cocuq Mərcanlıda yerləşən suvenir istehsalı müəssisəsində olub

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi və Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən suvenir istehsalı müəssisəsində olublar. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat müəssisə barədə məlumat veriblər. Qeyd olunub ki, suvenir istehsalı müəssisəsi “Cocuq Mərcanlının İnkişafı” Fondu,  TÜİB, KOBİA, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə dəstəyi ilə yaradılıb. 750 m2 ərazidə yerləşən Suvenir İstehsalı Müəssisəsinin 418 m2–i istehsal sahəsidir. Burada əsasən milli ornamentlərə əsaslanan hədiyyəlik saxsı qablar, kiçik ölçülü xalçalar, əl işləri və s. məhsullar istehsal olunacaq. Müəssisədə 25 nəfər Cocuq Mərcanlı kənd sakininin işlə təmin edilməsi nəzərdə tutulur. Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi çərçivəsində müəssisənin təqdimatı keçirilib. Cocuq Mərcanlı kəndində Azərbaycan və Türkiyə tərəfindən birgə layihələrin icrası Azərbaycan-Türkiyə qardaşlığının və əməkdaşlığının daha bir nümunəsi olmaqla,  kəndin sosial-iqtisadi inkişafında, əhalinin məşğulluğunun təmin olunmasında və sosial rifahının yaxşılaşdırılmasında əhəmiyyətli olacaqdır.  

Powered by Froala Editor