Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə Azərbaycan sahibkarları “MÜSİAD EXPO”da iştirak edirlər Sosial sahibkarlığa dair təlim keçirilib Qazaxıstan sahibkarları Azərbaycanda biznes subyektlərinə göstərilən dəstək tədbirləri barədə məlumatlandırılıb “KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Göyçayda ELAN Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”nə özəl sektor da dəstək göstərir AQEM yanında İşgüzar Şuranın 7-ci iclası keçirilib “Sudan dayanıqlı istifadədə KOB-ların rolu” mövzusunda müzakirə təşkil olunub KOBİA və Misirin Ağıllı Yaşıl Layihələr üzrə Milli Təşəbbüs heyəti arasında görüş keçirilib
Ukrayna-Azərbaycan İşgüzar Şurası çərçivəsində dəyirmi masa keçirilib 28.10.21
Ukrayna-Azərbaycan İşgüzar Şurası çərçivəsində dəyirmi masa keçirilib

Oktyabrın 28-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Ukraynanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Ukrayna-Azərbaycan İşgüzar Şurası çərçivəsində Dəyirmi Masa təşkil olunub. Aqrar-sənaye kompleksi və meliorasiya məsələlərinə həsr olunmuş sahəvi tədbirdə Azərbaycan və Ukrayna tərəfindən rəsmi şəxslər və müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

 

Dəyirmi Masada biznes əlaqələrinin mövcud vəziyyətinə, investisiya qoyuluşuna və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb, eləcə də işğaldan azad edilmiş ərazilərin iqtisadi və investisiya potensialı barədə məlumat verilib.

 

Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan və Ukrayna arasında iqtisadi əlaqələrin inkişaf etdiyini və bu istiqamətdə İşgüzar Şuranın hər iki ölkənin KOB-ları arasında birbaşa əlaqələrin qurulmasında əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, KOB-lar iqtisadi inkişafın hərəkətverici qüvvəsidir və innovativ tərəqqinin fəal iştirakçıları ola bilərlər. Agentlik öz növbəsində KOB-lar arasında əməkdaşlığı stimullaşdırmaq üçün Ukraynadan olan iş adamlarına lazımi informasiya və məsləhət xidmətləri göstərə bilər. Orxan Məmmədov işğaldan azad edilmiş ərazilərin böyük iqtisadi potensiala malik olduğunu qeyd edib, Ukrayna iş adamlarını azad edilmiş ərazilərimizə sərmayə yatırılmasında, həyata keçirilən innovativ layihələrdə fəal iştiraka çağırıb.


Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini, İşgüzar Şura çərçivəsində təşkil olunan sahəvi müzakirələrin yeni əməkdaşlıqların qurulması, ticarət, investisiya və digər sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsində əhəmiyyətli olacağını vurğulayıb.

 

Qeyd edək ki, Ukrayna-Azərbaycan İşgüzar Şurası iki ölkə arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı genişləndirmək məqsədilə yaradılıb. KOBİA və Ukraynanın Ticarət və Sənaye Palatasının təşəbbüsü ilə yaradılmış şurada iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 70-dən çox iş adamı və dövlət qurumlarının nümayəndələri təmsil olunur. 2021-ci ilin iyun ayında Şuranın ilk iclası keçirilib.

Powered by Froala Editor