Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Unlu qənnadı məmulatları istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib 01.10.21
Unlu qənnadı məmulatları istehsalı ilə məşğul olan sahibkarlarla  görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Sumqayıt şəhərində unlu qənnadı məmulatları istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri ilə görüş keçirilib.

 

Sentyabrın 30-da təşkil olunmuş görüşdə KOBİA-nın, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun, Qida Təhlükəsizliyi Agentliyinin və Abşeron KOB İnkişaf Mərkəzinin nümayəndələri iştirak ediblər.

 

Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində təşkil olunmuş tədbirdə sahibkarlar tərəfindən unlu qənnadı məmulatlarının keyfiyyətli daşınması və saxlanılması, maliyyə resurslarına çıxış, kadr potensialının gücləndirilməsi və digər məsələlər müzakirə olunub. Görüşdə sahibkarların təklifləri dinlənilib, müvafiq qurumlar tərəfindən onları maraqlandıran suallar cavablandırılıb. Sahibkarlara qida məhsullarının daşınması zamanı temperatur rejiminə və digər müvafiq qaydalara əməl olunması, maliyyə resurslarına çıxışla bağlı Elektron Kredit Platformasından (www.e-edf.gov.az) istifadə, sahibkarlıq subyektlərinin əməkdaşlarının biznesyönümlü təlim və məsləhət xidmətləri üçün Abşeron KOB İnkişaf Mərkəzinə müraciət edə biləcəkləri və s. barədə məlumat verilib. 

Powered by Froala Editor