Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Üzüm və şərab məhsulları istehsalçıları ilə onlayn görüş keçirilib 20.05.21
Üzüm və şərab məhsulları istehsalçıları ilə onlayn görüş keçirilib

Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində növbəti sahəvi görüş üzüm və şərab istehsalı ilə məşğul olan sahibkarların iştirakı ilə təşkil olunub.


Mayın 19-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə onlayn formatda keçirilmiş görüşdə İqtisadiyyat Nazirliyinin, Dövlət Vergi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin, eləcə də Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri və 30-a yaxın sahibkarlıq subyekti iştirak edib.


Üzüm və şərab istehsalı sahəsi üzrə mövcud vəziyyətin öyrənilməsi məqsədilə təşkil olunmuş onlayn görüşdə üzümçülüyün və onun emal sənayesinin müasir bazar iqtisadiyyatı şəraitində inkişaf etdirilməsi, istehsalın təşviqi mexanizmi, bu məhsulların xarici bazarlara çıxarılması məsələləri müzakirə edilib, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Powered by Froala Editor