Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb "Startap" şəhadətnaməsini uğura çevirən yerli layihələr: "Hellojob.az" və "iCheck"
Vətəndaşlar KOBİA-nın Çağrı Mərkəzindən razıdır 13.04.22
Vətəndaşlar KOBİA-nın Çağrı Mərkəzindən razıdır

MTM (Media Təhlil Mərkəzi) dövlət və özəl qurumların Çağrı Mərkəzlərinin fəaliyyət indeksini müəyyənləşdirmək üçün sorğu keçirib.

 

“Qafqazinfo” xəbər verir ki, bir ay müddətində telefon vasitəsilə həyata keçirilən sorğuda Çağrı Mərkəzlərinin xidmət operativliyi, vətəndaşlarla danışıq səviyyəsi, suallara verilən cavablar və problemlərin həllinə obyektiv, düzgün yanaşma meyarları əsas götürülüb.

 

Yuxarıdakı meyarlar nəzərə alınmaqla qurumların Çağrı Mərkəzlərinin fəaliyyəti 10 ballıq şkala üzrə 4 səviyyədə qiymətləndirilib.

 

Sorğuda ən yüksək balı Daxili İşlər, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər, Energetika, Xarici İşlər, İqtisadiyyat, Təhsil və Rəqəmsal İnkişaf və Nəqliyyat, digər nazirliklər, eləcə də Baş Prokurorluq, Dövlət Gömrük, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, “AzərEnerji” ASC, Kiçik və Orta biznesin inkişafı Agentliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC,  “Azərbaycan Dəmir Yolları” QSC  alıb. Belə ki, bu qurumların fəaliyyəti onballıq şkala üzrə 9-10 balla qiymətləndirilib. Bildirilir ki, qurumlar zənglərə operativ cavab verir və zərurət olduqda isə müraciətlər (problemlər) nəzarətə götürülür. Sorğuda dörd qurumun Çağrı Mərkəzinin fəaliyyətinə isə ən aşağı bal (0-2) verilib. Bunlar Müdafiə Nazirliyi (Xətt daim məşğuldur və çalışmır),  Müdafiə Sənayesi Nazirliyi (Nazirliyin əlaqə nömrələri işləmir), "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC (ASC-yə məxsus əlaqə nömrələri fəaliyyət göstərmir), Ombudsman (Çağrı Mərkəzinin nömrəsi işləmir) və Mədəniyyət Nazirliyidir (Qaynar xətt xidməti fəaliyyət göstərmir).


https://qafqazinfo.az/news/detail/vetendaslar-bu-qurumlarin-cagri-merkezlerinden-narazidir-359721

Powered by Froala Editor