Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Vyetnam-Azərbaycan Biznes Şurasının ilk iclası və biznes forum keçirilib 16.07.25
Vyetnam-Azərbaycan Biznes Şurasının ilk iclası və biznes forum keçirilib

Azərbaycan və Vyetnamın dövlət qurumları və şirkətləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb. 

Vyetnam Sosialist Respublikasının Hanoy şəhərində Vyetnam-Azərbaycan Biznes Şurasının 1-ci iclası və biznes forum keçirilib. Azərbaycanın Vyetnamdakı Səfirliyinin dəstəyi, Vyetnamın Milli Sahibkarlıq Assosiasiyasının (VINEN), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun birgə təşkilatçılığı ilə keçirilmiş tədbir İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası ərəfəsində baş tutub. 

Tədbirdə hər iki ölkədən rəsmi şəxslər, eləcə də qida, kənd təsərrüfatı, sənaye, tekstil, nəqliyyat-logistika, pambıqçılıq sektorlarında fəaliyyət göstərən iş adamları və biznes assosiasiyaların nümayəndələri iştirak edib. 

Tədbir Vyetnam və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycan-Vyetnam əlaqələrinə dair film nümayiş olunub. 

Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Vyetnamın sənaye və ticarət nazirinin müavini Nguyen Hoanq Lonq tədbirdəki çıxışlarında iki ölkə arasında iqtisadi-ticarət əlaqələri, hökumətlərarası komissiya çərçivəsində görülən işlər və əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb, müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluqlarını ifadə ediblər.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev iki ölkə arasında ticarət, investisiya və işgüzar əlaqələr, eləcə də Azərbaycanın əlverişli investisiya mühiti, potensial əməkdaşlıq imkanları barədə məlumat verərək, tərəfdaşlığı konkret nəticələrə çevirmək üçün qarşılıqlı dəstəyin önəmini qeyd edib. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov 2025-ci ildə yaradılmış Azərbaycan-Vyetnam Biznes Şurasının fəaliyyətinin hər iki ölkənin sahibkarlarının təşəbbüslərinin dəstəklənməsinə, iş adamları arasında əlaqələrin qurulmasına, bu məqsədlə qarşılıqlı səfərlərin və birgə tədbirlərin təşkilinə fokuslanacağını vurğulayıb, iş adamlarını biznes şura ilə sıx əməkdaşlığa dəvət edib. 

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin təşəbbüsü və dəstəyi ilə Azərbaycan-Vyetnam işgüzar əlaqələrinin gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, xüsusilə yüngül sənaye və tekstil sektoru üzrə əməkdaşlığın genişləndirilməsi məqsədilə sahibkarlar arasında əlaqələndirmə prosesində AZPROMO-nun aktiv rolunu diqqətə çatdırıb.

VINEN-in prezidenti Dinh Viet Hoa bildirib ki, sahibkarlıq sahəsində Azərbaycanla əməkdaşlıq üçün böyük potensial var və Vyetnam-Azərbaycan Biznes Şurası mövcud imkanlardan istifadə etməklə iş adamları arasında birbaşa və səmərəli əlaqələrin qurulmasına dəstək olacaq. Qeyd edilib ki, Biznes Şura çərçivəsində həyata keçiriləcək tədbirlər ölkələrimiz arasında qarşılıqlı sərmayə qoyuluşuna, ticarət əlaqələrinin genişləndirilməsinə və birgə layihələrin reallaşdırılmasına öz töhfəsini verəcəkdir. 

Tədbir çərçivəsində Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Vyetnamın “Rox Group” Səhmdar Cəmiyyəti, AZPROMO və VINEN, Azərbaycanın “GP Cotton Holdings” şirkəti ilə Vyetnamın “Phong Phu Corporation” şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumları, eləcə də Azərbaycanın “Fresh-Meat” və Vyetnamım “Thong Vu JSC. CO”, “ANC Group LLC” ilə "Seven Centre" şirkətləri arasında əməkdaşlıq barədə niyyət protokolları imzalanıb. 

Tədbir müxtəlif mövzularda panel müzakirələr və B2B görüşlərlə davam edib. Bu hissədə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu, Vyetnamın Sənaye və Texnologiyalar Nazirliyi, VINEN, İdxal və İxrac Departamenti tərəfindən müvafiq qurumların fəaliyyətinə və əməkdaşlıq imkanlarına dair çıxış və təqdimatlar edilib.

Powered by Froala Editor