Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”nə özəl sektor da dəstək göstərir AQEM yanında İşgüzar Şuranın 7-ci iclası keçirilib “Sudan dayanıqlı istifadədə KOB-ların rolu” mövzusunda müzakirə təşkil olunub KOBİA və Misirin Ağıllı Yaşıl Layihələr üzrə Milli Təşəbbüs heyəti arasında görüş keçirilib Yaşıl iqtisadiyyata keçiddə KOB-ların rolu COP29 çərçivəsində “KOB-ların yaşıl iqtisadiyyatda rolu” mövzusunda panel müzakirə təşkil olunub KOBİA və “Invest Bulgaria” Agentliyi əməkdaşlıq edəcək COP29 çərçivəsində KOB-ların yaşıl keçidinə dəstək məqsədilə əməkdaşlığa dair sənədlər imzalanıb Beynəlxalq Ticarət Mərkəzinin nümayəndələri "Bakı KOB evi"ndə olublar
“World Net Summit” konfransında KOB-ların innovasiyalara çıxış imkanlarının genişləndirilməsi də müzakirə edilib 18.12.20
“World Net Summit” konfransında KOB-ların innovasiyalara çıxış imkanlarının genişləndirilməsi də müzakirə edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “FA International Trade Events” MMC-nin birgə təşkilatçılığı ilə “InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində keçirilən “World Net Summit” beynəlxalq onlayn konfransında KOB-ların innovasiyalara çıxış imkanlarının genişləndirilməsi, bu sahədə dövlət dəstəyi tədbirləri və mexanizmlərindən də bəhs olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin KOB-ların innovasiyalara çıxışının yaxşılaşdırılması istiqamətində göstərilən dəstək və xidmətlər, innovativ sahibkarlığın inkişafına yönəlmiş və biznesin bilik və bacarıqlara çıxışını təmin edən KOB inkişaf mərkəzləri və bu mərkəzlərdə fəaliyyət göstərən biznes inkubatorlar barədə məlumat verib. Qeyd olunub ki, növbəti yeni yaradılacaq KOB İnkişaf Mərkəzi də innovasiya əsaslı olacaq. Bu mərkəzdə rəqəmsal modelləşmə və istehsalın öyrədilməsi prosesi həyata keçiriləcək, eyni zamanda ən müasir avadanlıqlardan sahibkarların ortaq istifadə etməsi modeli ilk dəfə tətbiq ediləcək. Ölkə qanunvericiliyində startaplara, onların innovasiya fəaliyyətinə geniş imtiyaz və vergi güzəştlərini nəzərdə tutan normalar da müəyyən edilib. Bir müddət əvvəl Nazirlər Kabinetinin qərarı ilə ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, habelə bu maliyyələşdirmənin həyata keçirilməsi üzrə müsabiqələrin təşkili KOBİA-ya həvalə olunub. Bu dəstək mexanizmi də KOB-ların innovativ fəaliyyətə marağını artıracaq və bu istiqamətdə yeni ideyaların formalaşmasını təşviq edəcəkdir. Orxan Məmədov həmçinin, KOB-ların innovativ fəaliyyətə təşviq edilməsi, startapların stimullaşdırılması üçün Agentliyin həyata keçirdiyi marifləndirici və təşviqedici tədbirlər, o cümlədən KOBİA-nın yerli tərəfdaşlığı ilə keçirilmiş "Beynəlxalq Startap Yarışması 2020" barədə də məlumat verib, tədbir çərçivəsində sualları cavablandırıb.

Məlumat üçün bildirək ki, yerli və xarici dövlət qurumlarının, özəl sektor təmsilçilərinin, beynəlxalq təşkilatların iştirakı ilə təşkil olunmuş “InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilər keçirilir.

Powered by Froala Editor