Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
Xaçmaz KOB İnkişaf Mərkəzində təlimlərə start verilib 19.02.20
Xaçmaz KOB İnkişaf Mərkəzində təlimlərə start verilib

Xaçmaz KOB İnkişaf Mərkəzində startap layihələrinin yaradıcıları və mikro sahibkarlar üçün “Effektiv işgüzar ünsiyyət bacarıqları” mövzusunda təlim keçirilib.

Təlimdə KOB-lar peşəkar mühitdə ünsiyyət, anlaşılmazlıq və empatiya, əks-əlaqə texnikaları, emosional vəziyyətin idarəolunması, davranış tipləri kimi mövzularda məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Xaçmaz KOB Evində fəaliyyət göstərən KOB İnkişaf Mərkəzində innovativ sahibkarlığa, startaplara və ailə biznesinə dəstək, qadınlar, əlillər və gənclər arasında sahibkarlığın təşviqi, KOB-ların maarifləndirilməsi, təlimlərin, seminarların və təcrübə proqramlarının təşkili üzrə xidmətlər təqdim olunur. KOB İnkişaf Mərkəzi mikro, kiçik və orta sahibkarları və biznesə başlamaq istəyənləri bu xidmətlərindən yararlanmağa dəvət edir.

Powered by Froala Editor