Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Yanacaqlar, mayeləşdirilmiş qazlar və qazla işləyən avadanlıqların təhlükəsizliyinə dair bir sıra texniki reqlament layihələrinin ictimai müzakirəsi keçirilib 04.11.25
Yanacaqlar, mayeləşdirilmiş qazlar və qazla işləyən avadanlıqların təhlükəsizliyinə dair bir sıra texniki reqlament layihələrinin ictimai müzakirəsi keçirilib

Tədbirdə yeni texniki reqlamentlərin mahiyyəti, onların istehlakçı məmnunluğuna təsiri və tətbiq mexanizmləri barədə məlumat verilib, iştirakçıların rəy və təklifləri nəzərdən keçirilib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən hazırlanmış “Avtomobil və aviasiya benzinləri, dizel, gəmi və reaktiv mühərrik yanacaqları və mazuta dair tələblər haqqında”, “Yanacaq kimi istifadə üçün mayeləşdirilmiş karbohidrogen qazlarına dair tələblər haqqında”, “Qaz yanacağı ilə işləyən qurğuların təhlükəsizliyi haqqında” və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanmış  “Daşınma və (və ya) istifadə üçün hazırlanmış təbii yanar qazın təhlükəsizliyi haqqında” texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçirilib.


Tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev və KOBİA-nın KOB dostu departamentinin müdir müavini Rauf Tağıyev çıxış ediblər. Çıxışlarda sözügedən texniki reqlament layihələrinin yerli bazarda məhsulların təhlükəsizliyi və keyfiyyətinin artırılması, istehlakçı hüquqlarının müdafiəsi, həmçinin sahibkarlıq subyektləri üçün rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində yaratdığı imkanlar vurğulanıb. Eyni zamanda sahibkarların ictimai dinləmə və müzakirələrdə fəal iştirak etməsi və texniki reqlamentlərlə bağlı fikirlərini bölüşməsi üçün çağırış edilib.


Tədbir çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyinin sektor müdiri Elçin Abdulla və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Maye və təbii qaz obyektlərində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin şöbə rəisi Eldar Əhmədov tərəfindən texniki reqlament layihələrinin əhatə etdiyi sahələr, əsas təhlükəsizlik tələbləri, onların uyğunluğun qiymətləndirməsi prosesində tətbiqi və keyfiyyət standartlarının artırılmasında roluna dair təqdimat nümayiş etdirilib. 


Görüşün yekununda baş tutan sual-cavab sessiyası fəal müzakirələrlə müşayiət olunub, iştirakçıların rəy və təklifləri dinlənilib.


Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi maraqlı tərəflərin texniki reqlamentlərin hazırlanmasında fəal iştirakı, o cümlədən digər yeni milli texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsinin təşkili istiqamətində silsilə tədbirlərini davam etdirəcək. 

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində aidiyyəti dövlət orqanları tərəfindən 43 ədəd milli texniki reqlament layihəsi hazırlanıb, maraqlı tərəflərin rəy və təkliflərinin alınması məqsədilə hazırda 33 texniki reqlament layihəsi Agentliyin rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi) ictimai dinləmə və müzakirəyə çıxarılıb.

Powered by Froala Editor