Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İdeyadan reallığa: yeni nəsil startaplar parlaq gələcək vəd edir Sahibkarların “yaşıl layihə”lərinin maliyyələşdirilməsinə dəstək üçün 450 min manat həcmində qrant ayrılıb Azərbaycan startapı sərhədləri aşır: “CLIMASEL” xarici investorların diqqət mərkəzində... Klasterləşmə təşəbbüsü olan sahibkarların nəzərinə! Biznesin inkişaf etdirilməsi ilə bağlı İmişlidən olan sahibkarların təklifləri dinlənilib İxracla məşğul olan sahibkarlar üçün təlimlərə start verilib 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı 7-ci qrant müsabiqəsi elan edilir KOBİA nümayəndələri “WCF Africa 2025” Sammitində iştirak edib KOBİA nümayəndələri Əbu-Dabidə keçirilən İllik İnvestisiya Toplantısında iştirak ediblər
Yanvar ayında KOBİM-lərin xidmətlərindən 2 mindən çox sahibkar yararlanıb 22.02.21
Yanvar ayında KOBİM-lərin xidmətlərindən 2 mindən çox sahibkar yararlanıb

2021-ci ilin yanvar ayında KOB inkişafı mərkəzləri (KOBİM-lər) tərəfindən mikro, kiçik və orta biznes (KOB) subyektlərinin müraciət və ehtiyacları nəzərə alınmaqla müxtəlif mövzularda 40 təlim təşkil edilib. Maliyyə, vergi, ixrac, sığorta, satış texnologiyaları, insan resurslarının idarə olunması, françayzinq, sahibkarlıqla bağlı qanunvericilik və s. istiqamətləri əhatə edən təlimlərdən 2 mindən çox sahibkar və biznesə başlamaq istəyənlər yararlanıb.

Ötən ay KOBİM-lərin peşəkar ekspertləri tərəfindən sahibkarlara müxtəlif sahələrdə biznes planların hazırlanması, xidməti müqavilələrin tərtib olunması, məhsulların xarici bazarlara çıxarılması, startap ideyasının həyata keçirilməsi, fermer təsərrüfatının qurulması və s. istiqamətlərdə məsləhət xidmətləri göstərilib.

Yanvar ayında KOB subyektləri daha çox vergi, ixrac və aqrar sahə ilə bağlı təlim və məsləhət xidmətləri üçün KOB inkişafı mərkəzlərinə müraciət ediblər.

KOBİM-lərin xidmətlərindən istifadə etmiş sahibkarlıq subyektləri biznes layihələrinin reallaşdırılması və sahibkarlıq fəaliyyətlərinin inkişaf etdirilməsi üçün maliyyə resurslarına çıxışla bağlı məlumatlandırılıb, dövlətin güzəştli kreditləri və digər maliyyə dəstəyi mexanizmlərindən yararlanmaları üçün müvafiq qurumlarla əlaqələndirilib. Eyni zamanda, KOBİA və Dövlət Məşğulluq Agentliyi arasındakı əməkdaşlıq çərçivəsində öz təsərrüfatını qurmaq istəyən potensial sahibkarlar (mikro biznes) müvafiq texnika və avadanlıqlarla təmin olunmaları üçün özünüməşğulluq proqramı ilə əlaqələndirilib, bu istiqamətdə onlara müvafiq xidmətlər göstərilib (informasiya, məsləhət, elektron sistemdə qeydiyyat və s.).

Məlumat üçün bildirək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) hazırda Bakı, Sumqayıt, Xaçmaz, Şəki və Yevlax şəhərlərində 5 KOB inkişafı mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin təcrübəli və peşəkar ekspertləri tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı təlim və seminarlar keçirilir, məsləhət xidmətləri göstərilir, KOB-ların şəbəkələşməsinə, beynəlxalq proqramlarda iştirakına, maliyyə resurslarına çıxışına və s. dəstək verilir. KOBİM-lər tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. Bu xidmətlərdən istifadə etmək üçün KOB subyektləri www.kobim.az saytı vasitəsilə müraciət edə bilərlər.



Powered by Froala Editor