Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
YAP-ın konfransında KOBİA-nın Qarabağda biznes qurmaq istəyən sahibkarlara dəstəyi barədə məlumat verilib 24.12.21
YAP-ın konfransında KOBİA-nın Qarabağda biznes qurmaq istəyən sahibkarlara dəstəyi barədə məlumat verilib

Dekabrın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktik konfrans keçirilib. 


Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov işğaldan azad edilmiş ərazilərin biznes üçün də yeni imkanlar yaratdığını vurğulayıb. Qeyd olunub ki, bu ərazilərdə kənd təsərrüfatı, turizm, sənaye, xidmət və digər sahələrdə KOB subyektlərinin biznes layihələrinin reallaşdırılması imkanları genişdir. İqtisadi reinteqrasiya prosesində KOB subyektlərinin rolunun artması isə məşğulluğun təmin edilməsinə öz müsbət təsirini göstərəcəkdir. İndiyədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 900-dən çox müraciət daxil olub. KOBİA işğaldan azad olunmuş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlardan müraciətlərin qəbulunu, onlara lazımi informasiya, əlaqələndirmə və məsləhət xidmətlərinin göstərilməsini davam etdirir. 

Powered by Froala Editor