Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək 18.09.23
Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək

Azərbaycanda ilk dəfə keçiriləcək Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisində yerli istehsalçıların məhsulları, müasir istehsal avadanlıqları və texnologiyaları nümayiş olunacaq.

7-9 dekabr tarixlərində Bakı İdman Sarayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” keçiriləcək.

Azərbaycanda ilk dəfə keçiriləcək sərgidə ölkəmizdə fəaliyyət göstərən müəssisələrin istehsal etdikləri məhsullar, eləcə də müasir istehsal avadanlıqları və texnologiyaları nümayiş olunacaq. Sərginin keçirilməsinin məqsədi yerli məhsulların alınmasını təşviq etmək, onları geniş istehlakçı auditoriyasına tanıtmaqdır. 

“1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”ndə yerli istehsalçıların son illər ərzində əldə etdikləri nailiyyətlər, yerli brendlər və onların istehsal texnologiyaları barədə məlumat almaq mümkün olacaq.

İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, Sahibkarlığın İnkişafı Fondu, Dövlət Məşğuluq Agentliyi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərgi çərçivəsində həmçinin müxtəlif müsabiqələr, təqdimatlar və “B2B” görüşlərin keçirilməsi nəzərdə tutulur. 

Sərgidə məhsullarını təqdim etmək istəyən yerli istehsalçılar *0555 nömrəsinə müraciət edə bilərlər. 


Powered by Froala Editor