Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İİB Qrupunun Özəl Sektor Forumu çərçivəsində keçirilən sərgidə Azərbaycan pavilyonu təşkil olunub İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı KOB-ların satış imkanlarının genişləndirilməsinə dəstək Sahibkarlar üçün yeni dövr: yerli startaplar biznesi rəqəmsallaşdırır “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” keçirilir Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün müsabiqə keçirilir Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək Milli Qurtuluş Günü ilə bağlı KOBİA-da tədbir keçirilib Sahibkarlar üçün birgə maliyyələşdirmə proqramı
Zaqatala rayonunda KOB dostu fəaliyyətə başlayıb 08.02.22
Zaqatala rayonunda KOB dostu fəaliyyətə başlayıb

Artıq Zaqatala rayonundan olan sahibkarlar və biznesə başlamaq istəyənlər dəstək və xidmətlər üçün KOB dostuna müraciət edə bilərlər. Bugündən fəaliyyətə başlayan Zaqatala KOB dostu Şəki-Zaqatala iqtisadi rayonu üzrə sayca 3-cüdür. Ümumilikdə isə, hazırda KOB dostu şəbəkəsi ölkənin 28 şəhər və rayonunu əhatə edir.

 

Fevralın 8-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Zaqatala Rayon İcra Hakimiyyətinin, sahibkarların və onlara xidmət göstərən müvafiq qurumların nümayəndələrinin iştirakı ilə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib.

 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyət istiqamətləri və KOB dostu mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, KOB dostu rayonda yeni sahibkarlıq subyektlərinin yaranmasına, mövcud KOB-ların inkişafına dövlət dəstəyini, o cümlədən KOBİA-nın xidmətlərini yerində təmin edəcək. Həmçinin, KOB dostu sahibkarların maraqlarının müdafiəsi və onların qarşılaşdıqları çətinliklərin həllinə, investisiya təşəbbüslərinin reallaşdırılmasına və maarifləndirilməsinə dəstək göstərəcək, biznes subyektlərinin inkişaf ehtiyacını və təkliflərini sorğular vasitəsilə öyrənəcəkdir. KOB dostu həm də dövlət qurumları və sahibkar arasında körpü rolunu oynayacaq, lazım gəldikdə sahibkarlara səyyar xidmət göstərəcəkdir. 

 

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə KOB dostunun fəaliyyətə başlamasının rayonda sahibkarlığın inkişafına, yeni biznes subyektlərinin yaranmasına öz töhfəsini verəcəyini vurğulayıb.

 

Tədbirdə KOBİA-nın sahibkarlara göstərdiyi dəstək və xidmətlər, KOB dostu mexanizmi ilə bağlı məlumatlandırıcı filmlər nümayiş olunub, sahibkarların sualları cavablandırılıb.

 

Sonra tədbir iştirakçıları Zaqatala Heydər Əliyev Mərkəzində yerləşən KOB dostu ofisində sahibkarların qəbulu, onlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar. KOB dostu ofisində “KOB könüllüləri” də fəaliyyət göstərəcəkdir. 

 

Həmin gün KOBİA-nın nümayəndələri Zaqatala rayonunda fəaliyyət göstərən KOB İnkişaf Mərkəzində (KOBİM) də olublar. Qeyd edək ki, Zaqatala-Balakən KOBİM ölkənin 21 şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişaf mərkəzlərindən biridir. Digər KOBİM-lərdə olduğu kimi, burada da sahibkarların, startapların və biznesə yeni başlamaq istəyən şəxslərin sahibkarlıq sahəsində biliklərinin və məlumatlığının artırılması üçün təlimlər keçirilir, məsləhət və digər xidmətlər göstərilir. KOBİM-lər tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. 

Powered by Froala Editor