Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startap layihələrin maliyyələşdirilməsi üçün daha bir beynəlxalq şirkətlə görüş keçirilib Gürcüstanın Biznes Assosiasiyası ilə görüş keçirilib KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlığa dair sənəd imzalanıb Azərbaycan startapları Vişeqrad investorlarının diqqətini çəkmək üçün yarışıb Bakıda 1-ci Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu keçirilib “İxrac Akademiyası” təlimində iştirakla bağlı müraciətlərin qəbuluna başlanılıb Beynəlxalq Biznes Festivalı davam edir KOBİA və bp KOB-ların neft-qaz şirkətlərinin təchizat zəncirində iştirakının genişləndirilməsinə dəstək göstərir “Yaşıl enerji” və təmiz ətraf mühit mövzusunda ictimai müzakirə təşkil olunub II Xəzər Su İnnovasiya Forumu keçirilib
Natiq Həsənovİdarə Heyəti sədrinin birinci müavini
cIUmDeWb5uF4Nm8dpUx1Ms3Q8knKTa57

Həsənov Natiq Namiq oğlu 1979-cu ildə anadan olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib.

Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsilini başa vurub.

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aspirantıdır. Əmək fəaliyyətinə 2001-ci ildən özəl sektorda başlayıb. Həmin ildən 2008-ci ilədək bir sıra şirkət və təşkilatlarda müxtəlif vəzifələrdə çalışıb.

2008-2011-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti şöbəsində Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi sektorunun məsləhətçisi vəzifəsində çalışıb.

2011-2012-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsində Qeyri-neft sahələrinin inkişafı sektorunun müdiri vəzifəsində çalışıb.

2012-ci ildən 2018-ci ilədək İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Bir sıra xarici ölkələrdə müxtəlif təlim, seminar və kursların iştirakçısı olub, eləcə də, ölkədə keçirilmiş bir sıra beynəlxalq tədbirlərin təşkilati işlərində iştirak etmişdir.

29 iyul 2018-ci il tarixdən Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.

İngilis, rus dillərini bilir.

Ailəlidir, üç övladı var.

Powered by Froala Editor

Telefon: (+994 12) 404-04-01

Mail: natig.hasanov@smb.gov.az 

Powered by Froala Editor