Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Tekstil fabrikinin fəaliyyəti ilə tanışlıq olub Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinin nəzərinə! KOBİA və Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyi arasında görüş keçirilib Qadın sahibkarların biznes bilikləri artırılır KOB sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb Kənd qonaq evləri - ölkə turizminin inkişafında yeni səhifə Beynəlxalq təhlilçi Hamdi Rifai ilə görüş keçirilib KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə başlanılıb Korrupsiyaya qarşı mübarizəyə dair tədbir keçirilib UNDP-nin Azərbaycan üzrə rezident nümayəndəsi ilə görüş keçirilib
Onlayn ticarət portalı - kobmarket.az

Sahibkarların məhsullarının satışına dəstək məqsədilə onlayn satış platforması – www.kobmarket.az fəaliyyət göstərir.   

 

Agentliyin dəstəyi ilə yaradılmış portal sahibkarların, xüsusilə də mikro və kiçik sahibkarların məhsul və xidmətlərinin vahid platforma üzərindən onlayn satışının həyata keçirilməsinə və geniş kütləyə tanıdılmasına dəstək məqsədilə yaradılıb.

 

Sahibkarlar elektron ticarət portalına qoşulmaqla satış imkanlarını genişləndirə bilərlər. Portalda istifadəçilər üçün vahid ödəniş sistemindən və çatdırılma xidmətlərindən istifadə imkanı yaradılıb. Qeydiyyat prosesi sadədir, portalda hər bir onlayn mağaza üzrə satışa, mağazadakı məhsullar üzrə qalıqların idarə olunmasına, müştərilərin təhlilinə və satışa dair digər zəruri məlumatları hesabat şəklində sahibkara təqdim edəcək müxtəlif alətlər mövcuddur.

 

www.kobmarket.az portalında onlayn mağaza açmaq istəyən mikro, kiçik və orta sahibkarlıq subyektləri portalda qeydiyyatdan keçməlidir. 

Sahibkarlıq subyektlərinin www.kobmarket.az portalı ilə bağlı hər hansı sualı yaranarsa portal üzrərindən onlayn müraciət edə bilərlər. 

 

www.kobmarket.az sahibkarların onlayn satış imkanlarını genişləndirməklə yanaşı, ölkədə onlayn ticarətin inkişafına, KOB-ların və istehlakçıların rəqəmsallaşdırılması prosesinin sürətləndirilməsinə, eləcə də nağdsız ödənişlərin artırılmasına və “kölgə iqtisadiyyatı”nın azaldılmasına dəstək göstərilməsini hədəfləyir.

Powered by Froala Editor