Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Sahibkarlarla onlayn görüş keçirilib"Uz Agro Food Tech" virtual sərgisi keçiriləcəkKOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir Özəl sektora yeni maliyyə dəstəyi və İqtisadiyyat nazirinin sahibkarlarla onlayn görüşünün keçiriləcəyi barədəKoronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir
​Pandemiyadan zərər çəkmiş KOB-lar üçün maliyyələşdirməyə dair yeni modul istifadəyə verilib 16.07.2020
​Pandemiyadan zərər çəkmiş KOB-lar üçün maliyyələşdirməyə dair yeni modul istifadəyə verilib

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) koronavirus (COVID-19) pandemiyası ilə üzləşən və bunun təsirini idarə etmək üçün yardıma ehtiyacı olan mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün yaratdığı "Böhran dövründə necə" adlı bilik platformanın yeni modulu istifadəyə verilib. Biznesin maliyyələşdirilməsinin yolları adlanan yeni modul maliyyənin hansı formasının biznesə uyğun olduğunu anlamaqda, maliyyə dəstəyi üçün necə müraciət edilməsi və həlledici maliyyələşdirmə qərarları ilə qarşılaşdıqda düzgün seçimin edilməsi sahəsində sahibkarları bilik və bacarıqlarla təmin edəcək.

Modulun əhatə etdiyi üç əsas mövzu bunlardır:

· Maliyyə resurslarının seçimi və strukturlaşdırılması

· Maliyyə resurslarının təşkili

· Maliyyələşdirmə problemlərinin həlli

Moduldan istifadə etmək üçün www.ebrdknowhowacademy.com saytında qeydiyyatdan keçmək lazımdır. Mobil cihaz vasitəsilə proqrama qoşulmaq üçün "App Store"dan "Go.Learn" tədbiqini yükləyərək www.ebrdknowhowacademy.com saytına daxil ola bilərsiniz.