Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyən olundu KOBİA qadın sahibkarlığına dair onlayn forumda iştirak edib Elmi-praktik konfransda işğaldan azad olunmuş ərazilərdə biznesin inkişafı müzakirə edilib İstanbulda təşkil edilən və ölkəmizin də təmsil olunduğu “MUSİAD Expo 2020” sərgisi başa çatıbKOBİA və MÜSİAD arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Türkiyə Katılım Bankları Birliyi ilə KOB-ların alternativ maliyyələşdirmə mexanizmləri müzakirə olundu 20.11.2020
Türkiyə Katılım Bankları Birliyi ilə KOB-ların alternativ maliyyələşdirmə mexanizmləri müzakirə olundu

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İstanbulda keçirilən “MUSİAD Expo 2020” sərgisi çərçivəsində Türkiyə Katılım Bankları Birliyi Assosiasiyasının (TKBB) sədri Metin Özdemir ilə görüşüb.

Görüşdə ötən il Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü çərçivəsində alternativ maliyyələşmə mexanizmləri sahəsində təcrübə mübadiləsini və KOB-ların investisiya layihələrinin dəstəklənməsi istiqamətində əməkdaşlığı nəzərdə tutan KOBİA və TKBB arasında Anlaşma Memorandumunun, Ziraat Bank, Türk Exim Bank və Agentlik arasında üçtərəfli Niyyət Protokolunun imzalandığı diqqətə çatdırılıb. Əməkdaşlığa dair ətraflı fikir mübadiləsinin aparıldığı görüşdə KOB-ların maliyyələşdirilməsinə dair alternativ mexanizmlərə, TKBB-nin təcrübəsindən faydalanaraq KOB-ların inkişaf etdirilməsində innovativ və alternativ maliyyələşdirmə alətlərinin tətbiqinə, işğaldan azad olunmuş Azərbaycan ərazilərində Türkiyə banklarının potensial investisiya layihələrində iştirakına və təşviqinə dair müzakirələr aparılıb.