Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Sahibkarlarla onlayn görüş keçirilib"Uz Agro Food Tech" virtual sərgisi keçiriləcəkKOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir Özəl sektora yeni maliyyə dəstəyi və İqtisadiyyat nazirinin sahibkarlarla onlayn görüşünün keçiriləcəyi barədəKoronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir
Yeni biznes assosiasiyaları yaradıldı 24.07.2020
Yeni biznes assosiasiyaları yaradıldı



Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü və dəstəyi ilə “Qum, çınqıl və daş istehsalçıları assosiasiyası” İctimai Birliyi, “Azərbaycan zərgərlər assosiasiyası” İctimai Birliyi və “Ticarət şəbəkələri” İctimai Birliyi yaradılıb.

Hər üç biznes assosiasiyası dövlət qeydiyyatına alınıb və artıq fəaliyyətə başlayıb.

Yeni assosiasiyalar müvafiq sahələrin inkişafına dəstək olmaq, bu sektorlarda təşəbbüslərin irəli sürülməsi və reallaşdırılması, sahibkarların, xüsusilə də kiçik və orta biznes subyektlərinin əlaqələndirilməsi, onlar arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə yeni biznes assosiasiyalarının yaradılması və mövcud assosiasiyaların fəaliyyətinin gücləndirilməsi nəzərdə tutulur. KOBİA biznes assosiasiyaları ilə sıx əməkdaşlıq edir, sahibkarlar arasında biznes assosiasiyalarının yaradılmasını təşviq edir. Agentlik yanında İctimai Şurada təmsil olunan 15 təşkilatdan əksəriyyəti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahəvi assosiasiyalardır.