Please ensure Javascript is enabled for purposes of website accessibility
Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
Состоялась конференция по презентации единой платформы и национального стандарта по ESG Принят национальный стандарт по экологическому, социальному и корпоративному управлению Выставка-Ярмарка «KOB FEST» в Хачмазе Бизнес-план – залог успешного и устойчивого бизнеса Проведён конкурс стартапов «От нас бизнесу» Состоялась встреча с предпринимателями Джалилабада и Гёйчая В этом году оказана поддержка предпринимателям и желающим начать бизнес, для которых было составлено 220 бизнес-планов В Губе прошла встреча с предпринимателями В Хачмазе проходит выставка-ярмарка «KOB FEST» Каким должен быть экологически чистый бизнес?
Anti-inflyasiya tədbirləri çərçivəsində sahibkarlığa yeni dəstək mexanizmi yaradılır - Nazirlər Kabinetinin 145 № li Qərarına dair izah 05.04.22
Anti-inflyasiya tədbirləri çərçivəsində sahibkarlığa yeni dəstək mexanizmi yaradılır - Nazirlər Kabinetinin 145 № li Qərarına dair izah

Nazirlər Kabinetinin 04 aprel 2022-ci il tarixli 145 nömrəli Qərarı anti-inflyasiya tədbirləri çərçivəsində atılan növbəti addımdır.  Bu Qərarla minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün güzəştli maliyyələşdirmə alətlərinə və məhsullarına dair mexanizmlər yaradılması nəzərdə tutulur.

Mexanizmlər üzrə aşağıdakılar təklif olunur:

Güzəştli kredit mexanizmi üzrə

Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci il ərzində minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara əlavə olaraq xammal tədarükü üçün güzəştli maliyyələşmə

Kredit faizlərinin subsidiyalaşdırılması üzrə

Maliyyə xərclərinin azalması və nəticə etibarı ilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının maya dəyərinin aşağı salınması məqsədilə həmin sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 2022-ci ildə verilən kreditlər üzrə kredit faizlərinin subsidiyalaşdırılması mexanizminin tətbiqi. 

Mexanizm üzrə şərtlər:

-  Subsidiyanın müddəti:  1 ilədək;

-  Kreditin müddəti:  müddətdən asılı olmayaraq;

-  Kreditin məbləği: 3 milyon manatadək;

-  Kreditin faiz dərəcəsi: faiz dərəcəsindən asılı olmayaraq;

-  Faizin subsidiyası: kredit faizinin 10% bəndinə qədər.

Nəzərdə tutulan şərtlər çərçivəsində 150 milyon manat kredit portfeli üzrə maksimum 15 milyon manat faiz subsidiyasının ödənişi həyata keçiriləcəkdi. 

https://nk.gov.az/az/article/2098/

Powered by Froala Editor