Powered by Froala Editor
“KOB klaster” şəhadətnaməsini almaq üçün kommersiya hüquqi şəxslər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər. Müraciətlər Agentliyə yazılı formada (Ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) və ya elektron qaydada (info@smb.gov.az) təqdim edilməlidir.
“KOB klaster” şəhadətnaməsini əldə etmək üçün KOBİA-ya daxil olmuş ərizə həmin gün qeydiyyata alınır. Ərizəyə və ona əlavə edilmiş sənədlərə 30 gün müddətində baxılır və çatışmazlıq aşkar edilmədikdə Agentlik ərizəçiyə Dövlət Vergi Xidməti ilə razılaşdırmaqla KOB klaster şirkəti şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edir.
Müraciət etmək üçün aşağıdakı sənədlər tələb olunur:
- KOB klasterinin fəaliyyətində iştirak haqqında ərizə;
- KOB klasterin funksional xəritəsi;
- hüquqi şəxsin nizamnaməsində dəyişikliklər edilməsi barədə qəbul edilmiş qərarın əsli və nizamnamədə müvafiq dəyişikliklər edilməsi barədə layihənin surəti;
- KOB klasterinin iştirakçısı olmaq istəyən KOB klaster şirkətindən qarşılıqlı surətdə asılı olmayan azı 10 (on) mikro, kiçik və ya orta sahibkarlıq subyektinin siyahısı;
- KOB klasterinin fəaliyyətində iştirak haqqında ərizələr;
- KOB klasterinin iştirakçısı olmaq istəyən mikro, kiçik və ya orta sahibkarlıq subyektlərinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamələri;
- fiziki şəxs olan mikro, kiçik və ya orta sahibkarlıq subyektlərinə münasibətdə, həmçinin şəxsiyyəti təsdiq edən sənədin surəti;
- hüquqi şəxsin dövlət reyestrindən çıxarışının surəti;
- hüquqi şəxsin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti.
Powered by Froala Editor
KOB klasterinin fəaliyyətində iştirak haqqında ərizə forması
KOB klaster şirkəti şəhadətnaməsinin verilməsi barədə qərarın qəbul olunması üçün ərizə forması
"KOB klaster"inin funksional xəritəsinin Nümunəvi Forması
KOB klasterinin fəaliyyətində iştirak haqqında müqavilənin Nümunəvi Forması
Powered by Froala Editor
Налоговый Кодекс Азербайджанской Республики предусматривает следующие налоговые льготы для компаний кластера МСБ и участников кластера МСБ:
Со дня регистрации в реестре компаний кластера МСБ компания кластера МСБ сроком на 7 лет освобождается от следующих налогов: - налог на прибыль;
- земельный налог;
- налог на имущество;
- на основе подтверждающего документа Агентства развития малого и среднего бизнеса Азербайджанской Республики импортируемое техническое и технологическое производственное или перерабатывающее оборудование и установки освобождаются от НДС.
На основе соглашения индивидуального предпринимателя, являющегося участником кластера МСБ (юридическим лицом), с компанией кластера МСБ часть доходов (прибыли) от предоставленных товаров (работ или услуг), направленная на капитальные расходы, на 7 лет освобождается от налога на прибыль.
Powered by Froala Editor
О проекте "KOB Klaster"
Powered by Froala Editor