Please ensure Javascript is enabled for purposes of website accessibility
Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
Состоялась конференция по презентации единой платформы и национального стандарта по ESG Принят национальный стандарт по экологическому, социальному и корпоративному управлению Выставка-Ярмарка «KOB FEST» в Хачмазе Бизнес-план – залог успешного и устойчивого бизнеса Проведён конкурс стартапов «От нас бизнесу» Состоялась встреча с предпринимателями Джалилабада и Гёйчая В этом году оказана поддержка предпринимателям и желающим начать бизнес, для которых было составлено 220 бизнес-планов В Губе прошла встреча с предпринимателями В Хачмазе проходит выставка-ярмарка «KOB FEST» Каким должен быть экологически чистый бизнес?
AQEM yanında Biznes Şuranın iclası keçirilib 24.02.25
AQEM yanında Biznes Şuranın iclası keçirilib

İclasda 2024-2026-cı illərdə KOBİA-nın Biznes Şuraya sədrliyi dövründə şuranın gündəliyindəki prioritet istiqamətlər, üzv dövlətlərin işgüzar dairələri arasında əməkdaşlığın gücləndirilməsi və KOB-ların inkişafına dair yeni imkanların araşdırılması müzakirə edilib. 

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) yanında Biznes Şuranın İdarə Heyətinin Azərbaycanın sədrliyi ilə ilk iclası keçirilib. Onlayn formatda təşkil olunan tədbirdə AQEM-ə üzv dövlətlərdən Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan və Tailand nümayəndələri iştirak ediblər. 

AQEM-in Baş katibi, səfir Kayrat Sarıbay qurumun fəaliyyəti, Azərbaycanın 2024-2026-cı illərdə təşkilata sədrliyi və AQEM yanında Biznes Şuranın fəaliyyəti barədə məlumat verib. 

AQEM yanında Biznes Şuranın sədri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Biznes Şuranın gündəliyindəki prioritet məsələlər barədə fikirlərini bölüşüb. Qeyd edilib ki, ticarət və investisiya sahəsində əməkdaşlığın gücləndirilməsi, KOB-ların regional və qlobal bazarlara çıxışının genişləndirilməsi, onların rəqəmsal transformasiyasına dəstək olmaq, sənaye əməkdaşlığının və KOB-ların qlobal dəyər zəncirlərinə inteqrasiyasının təşviqi, “yaşıl iqtisadiyyat”ın və davamlı sahibkarlığın inkişafı, qadın sahibkarlar üçün imkanların genişləndirilməsi Azərbaycanın sədrliyi dövründə Biznes Şuranın prioritetləri sırasında olacaqdır. Həmçinin, biznes dialoqun gücləndirilməsi, beynəlxalq tərəfdaşlığın təşviqi və sahibkarlığın dəstəklənməsinə yönəlmiş bir sıra təşəbbüslər planlaşdırılır. Bunlar investisiyalar, rəqəmsal transformasiya, ixrac potensialı və KOB-ların davamlılığı mövzularında vebinarların təşkili, KOB-ların inkişafında ən yaxşı təcrübələrin mübadiləsi üçün AQEM-ə üzv dövlətlər ilə müntəzəm işgüzar müzakirələrin aparılması, 10-cu Biznes Forum çərçivəsində keçiriləcək sərgini regionda KOB-ların innovasiyalarını və nailiyyətlərini nümayiş etdirmək üçün unikal platformaya çevirməkdir. 

İclasda həmçinin, Türkiyə, Qazaxıstan və Rusiya nümayəndələri çıxış edərək qarşıdakı dövrdə AQEM yanında Biznes Şuranın fəaliyyətinə və əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüblər. 

İclas çərçivəsində 2025-ci ilin mayında AQEM-ə üzv dövlətlərin iştirakı ilə Biznes Şuranın 8-ci Plenar Sessiyasının və 10-cu Biznes Forumun təşkili, eyni zamanda forum çərçivəsində KOB-ların məhsul və xidmətlərinin nümayiş olunacağı sərgi barədə müzakirələr aparılıb. 

Qeyd edək ki, AQEM-in 28 üzvü var. Azərbaycan 2024-2026-cı illər üzrə AQEM-ə sədrlik edəcək. Azərbaycanın sədrliyi dövründə AQEM yanında Biznes Şuraya KOBİA rəhbərlik edəcəkdir. 

Powered by Froala Editor