Please ensure Javascript is enabled for purposes of website accessibility
Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
Состоялась конференция по презентации единой платформы и национального стандарта по ESG Принят национальный стандарт по экологическому, социальному и корпоративному управлению Выставка-Ярмарка «KOB FEST» в Хачмазе Бизнес-план – залог успешного и устойчивого бизнеса Проведён конкурс стартапов «От нас бизнесу» Состоялась встреча с предпринимателями Джалилабада и Гёйчая В этом году оказана поддержка предпринимателям и желающим начать бизнес, для которых было составлено 220 бизнес-планов В Губе прошла встреча с предпринимателями В Хачмазе проходит выставка-ярмарка «KOB FEST» Каким должен быть экологически чистый бизнес?
Asiya İnkişaf Bankının ekspertləri ilə görüşlər keçirilib 18.02.19
Asiya İnkişaf Bankının ekspertləri ilə görüşlər keçirilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta biznesin inkişafı istiqamətində strateji təşəbbüslərin və layihələrin həyata keçirilməsi, effektiv korporativ idarəetmə sisteminin tətbiqi istiqamətində beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir.

Agentliyin təşkilatçılığı ilə Asiya İnkişaf Bankının (AİB) ekspertləri 3-17 fevral tarixlərində Bakıda səfərdə olub. Səfər zamanı Bankın ekspertləri ilə Agentliyin müvafiq struktur bölmələri arasında bir sıra görüşlər keçirilib. Görüşlərdə Bank ekspertlərinə ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafı, eləcə də biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən kompleks tədbirlər barədə məlumat verilib. Ekspertlər həmçinin, KOBİA-nın fəaliyyəti və dəstək mexanizmləri barədə məlumatlandırılıb, mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində AİB-lə əməkdaşlıq, texniki yardım mexanizmi çərçivəsində Agentliyin qısa, orta və uzunmüddətli strategiyasının mütərəqqi beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi istiqamətlərində müzakirələr aparılıb.

KOBİA-nın təşkilatçılığı ilə həmçinin, Asiya İnkişaf Bankının ekspertlərinin bir sıra qurumlarda - İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərində, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzində, Aqrar Kredit və İnkişaf Agentliyində, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, Maliyyə Bazarlarına Nəzarət Palatasında, Dövlət Turizm Agentliyində, Peşə Təhsili üzrə Dövlət Agentliyində, “ABAD”da və s. görüşləri təşkil olunub.

Powered by Froala Editor