Azərbaycan və Belçika KOB-ları arasında ticarət əməkdaşlığı müzakirə edilib
24.05.22

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Belçikanın Flanders İnvestisiya və Ticarət Qurumunun ticarət üzrə direktoru Dirk Van Steerteghem ilə görüşüb.
Görüşdə Belçikanın kiçik və orta biznes subyektlərinin və startapların Azərbaycana biznes missiyasının təşkilinə, KOB-ların şəbəkələşməsinə, Azərbaycanda və Belçikada keçirilən müxtəlif tədbirlərdə sahibkarların və startapların iştirakına dair fikir mübadiləsi aparılıb.
Powered by Froala Editor