Please ensure Javascript is enabled for purposes of website accessibility
Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
Состоялась конференция по презентации единой платформы и национального стандарта по ESG Принят национальный стандарт по экологическому, социальному и корпоративному управлению Выставка-Ярмарка «KOB FEST» в Хачмазе Бизнес-план – залог успешного и устойчивого бизнеса Проведён конкурс стартапов «От нас бизнесу» Состоялась встреча с предпринимателями Джалилабада и Гёйчая В этом году оказана поддержка предпринимателям и желающим начать бизнес, для которых было составлено 220 бизнес-планов В Губе прошла встреча с предпринимателями В Хачмазе проходит выставка-ярмарка «KOB FEST» Каким должен быть экологически чистый бизнес?
COP29 çərçivəsində “KOB-ların yaşıl iqtisadiyyatda rolu” mövzusunda panel müzakirə təşkil olunub 16.11.24
COP29 çərçivəsində “KOB-ların yaşıl iqtisadiyyatda rolu” mövzusunda panel müzakirə təşkil olunub

Panel müzakirədə yaşıl keçidin KOB-lar üçün faydası, ətraf mühitə biznesin məsuliyyətli yanaşması, iqlim maliyyələşdirilməsi, yaşıl bizneslərin yaradılması üçün sahibkarların ehtiyacları barədə fikir mübadiləsi aparılıb. 

            

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində “KOB-ların yaşıl iqtisadiyyatda rolu” mövzusunda panel müzakirə keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Yaşıl zona”da keçirilən tədbirdə rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri, iş adamları və “yaşıl iqtisadiyyat” ilə bağlı layihələri olan startaplar iştirak ediblər. 


Panel müzakirədə İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, BMT-nin Cənub-Cənub Əməkdaşlıq Ofisinin direktoru Dima Əl-Xatib, İslam ölkələri üçün Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüt Selcuk, Beynəlxalq Ticarət Mərkəzinin şöbə müdiri Vanessa Erogbogbo və Qlobal Sahibkarlıq Şəbəkəsinin təsisçisi və prezidenti Conatan Ortmans çıxış ediblər. Çıxışlarda KOB-ların dünya iqtisadiyyatında və məşğulluqda, eləcə də iqlim dəyişiklikləri ilə mübarizədə rolu, iqlim maliyyələşdirilməsi, yaşıl keçidin KOB-lar üçün faydası, bizneslərin yaşıl keçidində ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin önəmi, ətraf mühitə məsuliyyətli münasibət və bu sahədə sahibkarların öhdəlikləri barədə məlumat verilib. 


Tədbirdə KOB-ların yaşıl transformasiyasının qlobal və milli səviyyədə birgə əməkdaşlıqla mümkün olduğu qeyd edilib və KOB ekosisteminin bütün maraqlı tərəfləri KOBİA-nın irəli sürdüyü “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”nə qoşulmağa dəvət olunublar. Vurğulanıb ki, artıq Beynəlxalq Ticarət Mərkəzi, Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidməti (SEBRAE) və BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai müvafiq bəyannaməni imzalayaraq öz dəstəklərini ifadə ediblər. 


Paneldə KOB-ların “yaşıl iqtisadiyyat”a keçidi zamanı ehtiyaclarının davamlı dəstəklənməsi üçün zəruri addımlar və onların ekoloji məsuliyyətinin artırılması ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.


Həmçinin tədbir çərçivəsində Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin baş tədqiqat meneceri Tim Çeston İqtisadiyyat Nazirliyi və mərkəz arasında əməkdaşlıq əsasında hazırlanmış qlobal “Yaşıl artım portalı”na dair təqdimatla çıxış edib. 


Eyni zamanda KOBİA COP29 çərçivəsində KOB-ların yaşıl keçidinə dair bir sıra müzakirələrdə iştirak edib “Ədalətli keçidin və dayanıqlı yaşıl iqtisadiyyatın hərəkətverici qüvvəsi kimi KOB-lara dair yüksək səviyyəli çoxtərəfli dəyirmi masa”da KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların yaşıl keçidi ilə bağlı qlobal əməkdaşlığı nəzərdə tutan “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi” çərçivəsində görüləcək tədbirlər və əməkdaşlıq planları barədə məlumat verib. 


BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) təşkilatçılığı ilə keçirilmiş “Dairəvi iqtisadiyyat: resurs effektivliyi və dairəvi biznes təcrübələrindən istifadə etməklə iqlim hədəflərinə nail olunması” mövzusunda tədbirdə KOBİA sədri dairəvi iqtisdaiyyatın biznes, xüsusilə də KOB-lar üçün faydası, bu sahədə KOBİA-nın “EU4Environment” təşəbbüsü çərçivəsində həyata keçirdiyi tədbirlər barədə fikirlərini bölüşüb. 


KOBİA və Qana İnvestisiyaların Təşviqi Mərkəzinin baş direktoru Yofi Qrant arasında təşkil olunmuş görüşdə isə regionlar arasında işgüzar əməkdaşlıq üçün praktiki yolların araşdırılması üzrə fikir mübadiləsi aparılıb. 



Powered by Froala Editor