Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
Еще 3 субъекта МСБ получили сертификаты «Стартап» Организовано общественное обсуждение бизнеса зеленого транспорта Возможности для предпринимательской деятельности в регионах: дома МСБ, друзья МСБ, центры развития МСБ Начинается «Выставка продвижения отечественных компаний» Состоялась встреча с предпринимателями, занимающимися импортом и экспортом В Баку состоялось 8-е пленарное заседание Бизнес-совета СВМДА и 10-й Бизнес-Форум Вниманию субъектов МСБ, желающих представить свою продукцию и услуги на 2-й Турецкой торговой выставке! Молодые бизнесмены Азербайджана и Турции обсудили возможности сотрудничества Около 10 предпринимателей с государственной поддержкой были на выставках «Caspian Agro» и «InterFood Azerbaijan» Проведен очередной тренинг для предпринимателей, занимающихся экспортом
“KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”ni dəstəkləyən təşkilatların sayı artmaqdadır 06.02.25
“KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”ni dəstəkləyən təşkilatların sayı artmaqdadır

Dünyanın müxtəlif ölkələrindən olan təşkilatlar bəyannamə çərçivəsində KOB-ların “yaşıl iqtisadiyyat”a keçidi üzrə səylərin birləşdirilməsinə dəstəklərini ifadə edirlər.

2024-cü ildə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) irəli sürdüyü “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”yə qoşulan təşkilatların sayı artmaqdadır. Artıq yerli və xarici ölkələrin 14 qurumu, beynəlxalq təşkilatlar və sahibkarlar şəbəkəsi müvafiq bəyannaməni dəstəkləyir. Belə ki, ötən ilin noyabr ayından etibarən bəyannaməyə İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC), Qazaxıstanın Sahibkarlığın İnkişafı Fondu (DAMU), Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəsi (INSME), Vyetnam Sahibkarlıq Milli Assosiasiyası (VINEN), KOBİA, Beynəlxalq Ticarət Mərkəzi (ITC), Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidməti (SEBRAE), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Azərsun Holdinq”, Asiya İnkişaf Bankı, Belarus Respublikasının İnvestisiya və Özəlləşdirmə üzrə Milli Agentliyi, Dünya İqlim Fondu və s. dəstəyini ifadə ediblər. 

Qeyd edək ki, KOBİA tərəfindən hazırlanmış “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə” qlobal səviyyədə KOB-ların yaşıl iqtisadiyyata keçidi üzrə birgə səylərin birləşdirilməsi məqsədini daşıyır. Bəyannamə qlobal miqyasda istixana qazı emissiyalarının 50%-ni təşkil edən KOB-lar üçün ilk dəfə qlobal iqlim hərəkatının yaradılmasını təklif edir. Bəyannaməyə qoşulanlar kiçik bizneslərə “yaşıl iqtisadiyyat”a keçid üzrə təcrübələri mənimsəməkdə kömək etmək üçün məlumatlılığın və potensialın artırılması, yaşıl maliyyəyə çıxışın yaxşılaşdırılması və innovasiyaların təşviqi öhdəliyini götürür. Bəyannamə həmçinin, Azərbaycanın yaşıl keçid və qlobal iqlim dəyişikliyi ilə mübarizə prosesində ciddi tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Sözügedən bəyannamənin təşviqi və tərəfdaşlarının məlumatlandırılması məqsədilə sayt da (www.greensme.org) yaradılıb. 

Powered by Froala Editor