KOB subyektlərinin nəzərinə!
05.12.20

8-11 dekabr 2020-ci il tarixlərində Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçiriləcək biznes həftəsi çərçivəsində dekabrın 11-də Beynəlxalq İxrac Forumu təşkil olunacaq.
Biznes həftəsində pandemiyadan sonrakı dövrdə sahibkarları dəstəkləmək üçün ən yaxşı təcrübələr və yeni mexanizmlər müzakirə ediləcək.
Onlayn forumda iştirak etmək istəyən Azərbaycan sahibkarları www.ibw-bashkortostan.com saytına daxil olmaqla ətraflı məlumat əldə edə, tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
Powered by Froala Editor