KOBİA “Karyera həftəsi”ndə iştirak edib
01.03.19

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ADA Universitetində ənənəvi olaraq keçirilən “Karyera həftəsi”ndə iştirak edib.
KOBİA-nın İnsan kapitalının idarəedilməsi departamentinin əməkdaşları tərəfindən Agentlikdə karyera imkanları, işə qəbul, təcrübə və könüllülük proqramları barədə tələbə və məzunlara geniş məlumat verilib.
Qeyd edək ki, ADA Universiteti və KOBİA arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, tərəflərin gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, universitetin bakalavr və magistrlərinin özəl sektorda istehsalat təcrübəsi keçməsi və digər sahələrdə əməkdaşlığı nəzərdə tutulur.
Powered by Froala Editor