Please ensure Javascript is enabled for purposes of website accessibility
Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
Состоялась конференция по презентации единой платформы и национального стандарта по ESG Принят национальный стандарт по экологическому, социальному и корпоративному управлению Выставка-Ярмарка «KOB FEST» в Хачмазе Бизнес-план – залог успешного и устойчивого бизнеса Проведён конкурс стартапов «От нас бизнесу» Состоялась встреча с предпринимателями Джалилабада и Гёйчая В этом году оказана поддержка предпринимателям и желающим начать бизнес, для которых было составлено 220 бизнес-планов В Губе прошла встреча с предпринимателями В Хачмазе проходит выставка-ярмарка «KOB FEST» Каким должен быть экологически чистый бизнес?
Yanğından zərər çəkmiş sahibkarlara maddi yardımın ödənilməsinə başlandı 05.04.19
Yanğından zərər çəkmiş sahibkarlara maddi yardımın ödənilməsinə başlandı

Məlumat verildiyi kimi, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmış sahibkarlara maddi yardım göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi qaydası təsdiq edilib və dövlət qeydiyyatına alınıb.

Aprelin 4-dən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında zərər çəkmiş sahibkarlardan maddi yardımın göstərilməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb.

Aprelin 4-də 93 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib. İşçi Qrupu tərəfindən 57 sahibkara 570 min manat ödənilməsi qərara alınıb, 36 müraciət üzrə araşdırma aparılır.

Bu gün isə maddi yardımın göstərilməsi üçün daha 90 sahibkardan ərizə qəbul edilib. Ümumilikdə, indiyədək 183 sahibkar maddi yardımla bağlı ərizə ilə müraciət edib.

Maddi yardım göstərilməsi qaydasına əsasən müəyyən olunmuş vəsaitlərin artıq zərər çəkmiş sahibkarların bank hesablarına köçürülməsinə başlanılıb.

Qeyd edək ki, ödənişlər “Kapital Bank” və "TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.

Aprelin 5-də İqtisadiyyat naziri Şahin Mustafayevin iştirakı ilə yanğından zərər çəkmiş 57 sahibkara bank kartları təqdim edilib.

Zərər çəkmiş sahibkarlar onlara göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Yanğından zərər çəkmiş sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir.

Powered by Froala Editor