Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
Еще 3 субъекта МСБ получили сертификаты «Стартап» Организовано общественное обсуждение бизнеса зеленого транспорта Возможности для предпринимательской деятельности в регионах: дома МСБ, друзья МСБ, центры развития МСБ Начинается «Выставка продвижения отечественных компаний» Состоялась встреча с предпринимателями, занимающимися импортом и экспортом В Баку состоялось 8-е пленарное заседание Бизнес-совета СВМДА и 10-й Бизнес-Форум Вниманию субъектов МСБ, желающих представить свою продукцию и услуги на 2-й Турецкой торговой выставке! Молодые бизнесмены Азербайджана и Турции обсудили возможности сотрудничества Около 10 предпринимателей с государственной поддержкой были на выставках «Caspian Agro» и «InterFood Azerbaijan» Проведен очередной тренинг для предпринимателей, занимающихся экспортом
Yeni ideyaları olan gənclər və startaplar üçün təlim keçiriləcək 26.09.19
Yeni ideyaları olan gənclər və startaplar üçün təlim keçiriləcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən startaplar və sahibkarlar üçün “İnnovativ layihələrin ilkin hazırlıq və yaradılması prosesində məsləhət” mövzusunda təlim keçiriləcəkdir.

Təlimin təşkilində məqsəd yeni ideyaları olan gəncləri, startapları, eləcə də yeni məhsullar və xidmətlər yaratmaq istəyən sahibkarları bu istiqamətdə məlumatlandırmaq, onlara məsləhət və informasiya dəstəyi göstərməkdir.

Təlimdə iştirak etmək istəyən startaplardan və sahibkarlardan müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu, e-mail ünvanı) Agentliyin training@smb.gov.az e-mail ünvanına “Mövzu” yerinə təlimin adını qeyd etməklə göndərmələri xahiş olunur.

Tədbirin tarixi: 1 oktyabr 2019-cu il

Təlim saatı: 11:00 – 13:00

Ünvan: Bakı şəhəri, Atatürk prospekti, 134 (KOBİA-nın inzibati binası)

Əlaqələndirici şəxs: Urfan Nəbiyev

Tel: (+99412) 404-04-01.

Powered by Froala Editor