Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
Как предпринимателю развить свой бизнес: что для этого делает государство? - АНАЛИЗ Очередной тренинг для предпринимателей, занимающихся экспортом, посвящен работе с партнерами ОБЪЯВЛЕНИЕ В ходе Бакинской энергетической недели KOBIA содействует переходу МСБ к зеленой экономике и Бакинскую климатическую декларацию Проведена встреча «В фокусе человеческого развития: MeetUp» Еще 3 субъекта МСБ получили сертификаты «Стартап» Организовано общественное обсуждение бизнеса зеленого транспорта Возможности для предпринимательской деятельности в регионах: дома МСБ, друзья МСБ, центры развития МСБ Начинается «Выставка продвижения отечественных компаний» Состоялась встреча с предпринимателями, занимающимися импортом и экспортом
“Yerli şirkətlərin tanıtım sərgisi yeni biznes imkanları yaradacaq" 10.06.25
“Yerli şirkətlərin tanıtım sərgisi yeni biznes imkanları yaradacaq"

18-21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə 300-ə yaxın yerli şirkəti bir araya gətirəcək sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edəcəklər. Artıq 6-cı dəfə keçiriləcək sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar yaratmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Sərgi iş adamlarını bir araya gətirməklə yeni əlaqələr qurmaq, bazar əhatəsini genişləndirmək istəyən sahibkarlar üçün geniş fürsətlər təqdim edəcək. Yerli biznes subyektlərinin istehsal etdikləri məhsullar və xidmətlər, eləcə də istehsal prosesində tətbiq edilən texnoloji yeniliklərlə tanış olmaq istəyənlər sərgini heç bir ödəniş etmədən, sadəcə, onlayn qeydiyyatdan keçməklə ziyarət edə biləcəklər. 

Sərgi barədə məlumat verən “Marsol Group”un direktoru Bilal Qasımlı ziyarətçilərin hansı yeniliklərlə qarşılacağı ilə bağlı “vergiler.az”ın suallarını cavablandırıb.
- Bilal müəllim, gəlin öncə sərginin məqsədindən danışaq. Builki sərgi əvvəlkilərdən nə ilə fərqlənir?

- Builki sərginin əsas məqsədi yerli şirkətlərin məhsullarını geniş auditoriyaya təqdim etməkdir. Bununla yanaşı, biznes əlaqələrini gücləndirmək və yeni tərəfdaşlıqların qurulmasına şərait yaratmaq əsas hədəflərimiz sırasındadır. Sərgidə tekstil sənayesindən başlayaraq, qida məhsullarına qədər bir çox sektor iştirakçıları öz məhsul və xidmətlərini təqdim edəcəklər. Eyni zamanda, ziyarətçilər kənd təsərrüfatı, inşaat, informasiya texnologiyaları, logistika və xidmət sektorlarında fəaliyyət göstərən şirkətlərin innovativ həlləri və məhsulları ilə birbaşa tanış olmaq imkanı əldə edəcəklər.
 Sevindirici məqam budur ki, sərgi çoxşaxəli biznes subyektlərini bir araya gətirərək həm iştirakçıların, həm də ziyarətçilərin marağını maksimum dərəcədə cəlb edəcək. Bu, sərgini həm peşəkarlar üçün faydalı biznes platformasına, həm də maraqlı tərəflər və ziyarətçilər üçün informativ və faydalı tədbirə çevirəcək. İnanırıq ki, builki sərgi həm sektorlararası əməkdaşlıqların inkişafına, həm də yeni biznes imkanlarının yaradılmasına təkan verəcək.

- Sərgidə ilk dəfə təqdim olunacaq yeni məhsul və xidmətlər hansılardır?

- Builki sərgidə təqdim olunacaq yeni məhsul və xidmətlərin ziyarətçilər üçün böyük maraq doğuracağı gözlənilir. Xüsusilə texnoloji yeniliklər, ekoloji təmiz və dayanıqlı istehsala yönəlmiş məhsullar geniş nümayiş olunacaq. Yerli brendlərin yeni kolleksiyaları isə həm dizayn, həm də keyfiyyət baxımından diqqət çəkəcək. Enerji effektivliyinə fokuslanan məhsulların sərgidə yer alması isə iştirakçıların marağını daha da artıracaq.

Bundan əlavə, sərgi çərçivəsində biznes subyektləri arasında qarşılıqlı əlaqələri və əməkdaşlığı inkişaf etdirmək məqsədilə bir sıra görüşlər təşkil olunacaq. Bu cür platformaların ticarət imkanlarının genişlənməsinə və yeni əməkdaşlıq perspektivlərinin açılmasına töhfə verəcəyinə inanırıq. Ümumilikdə, builki sərgi innovasiyalar və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan məhsulların təqdimatı ilə fərqlənəcək və iştirakçıların həm yerli, həm də beynəlxalq səviyyədə uğurlu iş əlaqələri qurmasına imkan yaradacaq.

- Görüşlərdən söz açdınız, sərgi çərçivəsində daha hansı tədbirlər planlaşdırılır?

- Sərgi çərçivəsində mikro və kiçik sahibkarları iri şirkətlərin rəhbərləri ilə bir araya gətirməyi hədəfləyirik. Hesab edirik ki, belə görüşlər mikro və kiçik sahibkarlara bizneslərini böyütməyə ciddi təkan verə bilər. Bu, iri şirkətlərlə birbaşa əlaqələrin qurulması, təcrübə mübadiləsi aparılması, nəticədə ticarət imkanlarının genişlənməsinə gətirib çıxaracaq. Əsas məqsəd yerli sahibkarların iri bazarlara inteqrasiyasını təmin etmək, biznes əlaqələrini möhkəmləndirməkdir. Bir sözlə, yeni müqavilələrin bağlanması və əməkdaşlıq şəbəkəsinin genişlənməsini hədəfləyirik.

Onu da qeyd edim ki, sərgidə ödənişsiz əsaslarla KOBİA-nın stendində mikro və kiçik sahibkarların məhsul və xidmətlərini təqdim etmələrinə imkan yaradılacaq. Bunun üçün xüsusi stendlər ayrılıb ki, mikro və kiçik sahibkarlar burada öz məhsullarını ödənişsiz nümayiş etdirə biləcəklər. Sözsüz ki, belə bir imkanın yaradılması onlara bazar mövqelərini gücləndirməyə və özlərini tanıtmağa əlavə imkan verəcək.

- Necə düşünürsünüz, sərgi yerli istehsalçılara müştəri qazanmaq üçün hansı fürsətləri təqdim edəcək?

- Sərgi vasitəsilə yerli istehsalçılarımız öz məhsullarını geniş auditoriyaya təqdim etmək şansı əldə edəcəklər. Sərgidə sahibkarlarımızın birbaşa satış və sifariş imkanları da olacaq. Bütün bu sadaladıqlarım sərginin biznes subyektlərinin bazar payını artırmaq və yeni müştərilər qazanmaq üçün effektiv platforma olduğunu deməyə əsas verir.

Ziyarətçilərə gəlincə, onlar burada geniş çeşiddə yerli istehsal məhsullarını bir arada görmək, yeni xidmətlərlə əyani tanış olmaq, yerli qida məhsullarının dadına baxmaq, eləcə də sahibkarlarla birbaşa ünsiyyət qurmaq imkanı qazanacaqlar. Hesab edirəm ki, bu, həm alış-veriş, həm də biznes əməkdaşlığı baxımından dəyərli bir fürsət olacaq. Bir sözlə, sərgi yerli brendlərin tanıdılması, xüsusilə KOB subyektlərinin satış və əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün önəmli tədbirlərdən biri kimi yadda qalacaq.

- Yerli məhsulların tanıdılması və ixracı ilə bağlı təkliflərinizi öyrənmək istərdik.

- Yerli məhsulların həm daxili bazarda tanıdılması, həm də beynəlxalq bazarlara çıxarılması ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və sahibkarlığın gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu sahədə uğurlu nəticələr əldə etmək üçün, ilk növbədə, brendinq və marketinq strategiyalarının genişləndirilməsi vacibdir. İstehsalçılarımızın beynəlxalq sərgi və yarmarkalarda iştirak etməsi onların yeni bazarlara çıxışı baxımından faydalıdır. Dövlət tərəfindən bu cür tədbirlərdə iştirakın təşviq edilməsi, həmçinin ticarət nümayəndəlikləri vasitəsilə yeni tərəfdaşlıqların qurulması ölkənin ixrac potensialını əhəmiyyətli dərəcədə artırır.

Məlumdur ki, məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması və zəruri sertifikatların əldə olunması da ixracın əsas şərtlərindəndir. Şübhəsiz ki, indiki dövrdə elektron ticarət platformalarının rolu getdikcə artır. Bu baxımdan, yerli məhsullarımızın “Amazon”, “Alibaba” kimi beynəlxalq onlayn bazarlara çıxışına dəstək göstərilməsi istehsalçılar üçün yeni imkanlar yarada bilər. Əcnəbi iş adamlarının ölkəmizə ticarət missiyalarının artırılması da faydalı olacaqdır.

Powered by Froala Editor