Please ensure Javascript is enabled for purposes of website accessibility
Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
Завершился Азербайджанский Форум Халяльного Бизнеса и Туризма Фильм для форума AZHAB В Загатале пройдет выставка-ярмарка «KOB FEST» В Баку прошёл Азербайджанский форум халяльного бизнеса и туризма Состоялся Азербайджанский торговый форум Выставка-ярмарка «KOB FEST» в настоящее время проходит в Нахчыване Состоялось 3-е заседание Украинско-Азербайджанского Делового Совета 5-е Заседание Совместного Делового Совета Азербайджан-Саудовская Аравия Состоится Азербайджанский Форум Халяльного Бизнеса и Туризма В Азербайджане стартовала программа цифровизации малых и средних предприятий
Предложения о сотрудничестве

Powered by Froala Editor

Almaniyanın “Polycare” şirkəti yerli sahibkarlıq subyektlərini əməkdaşlığa dəvət edir. Şirkətin əsas məqsədi ağır avadanlıq tələb etməyən və yerli xammaldan istifadə etməklə əlverişli qiymətə, davamlı və rahat evlər tikməyə imkan verən polimer beton kublarının istehsalını həyata keçirən zavodun yaradılmasıdır.

 

Şirkət tərəfindən təqdim edilmiş məlumata əsasən polimer beton adi qum və poliefir qatranının qarışığından əldə edilir, adi betondan daha ucuz başa gəlir, enerjiyə qənaət və ekoloji cəhətdən daha səmərəlidir. Habelə bu materialdan hazırlanan binalar ağır texnika olmadan sökülüb və materialda itkiyə yol vermədən dəyişdirilə və ya başqa yerə köçürülə bilər.

 

Şirkət həmçinin istehsal fəaliyyətinin həyata keçirilməsi üçün müvafiq texnologiyaların təqdim edilməsini, ölkəmizdə bu sahədə ixtisaslı mütəxəssislərin yetişdirilməsini, yerli kadrlar üçün təlim və ixtisasartırma mərkəzinin yaradılmasınını öz öhdəsinə götürür, habelə Azərbaycanda istehsalın qurulması vasitəsilə polimer beton kublarının qonşu ölkələrin bazarlarına ixrac etməyi hədəfləyir.

 

Şirkətin fəaliyyəti ilə əlaqədar əlavə məlumat üçün: https://polycare.de/en, tel:+4936845-40857, e-mail: info@polycare.de 

Powered by Froala Editor

Türkiyənin “Prizma teknoloji inşaat sanayi ve ticaret ltd.” şirkəti yerli sahibkarlıq subyektlərini əməkdaşlığa dəvət edir.  

 

Şirkət tərəfindən təqdim edilmiş məlumatlara əsasən şirkət Kolumbiya və Braziliyada “Halal” üslubu ilə kəsilmiş dana ətinin satışı ilə məşğul olur. Şirkət dondurulmuş və ya təzə kəsilmiş, sümüksüz şəkildə paketlənən dana ətinin Azərbaycana idxal edilməsini təklif edir. Hazırlanmış məhsulların konteynerlər vasitəsilə Kolumbiya və Braziliya limanlarından Gürcüstanın Batumi limanına, daha sonra isə Bakıya daşınma imkanları var. 

 

Həmçinin, texniki və inzibati şərtlər çərçivəsində şirkət tərəfindən aylıq təqribən 1000 ton sümüksüz dana ətinin idxal edilməsi təmin olunur.

 

Şirkətin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat üçün: http://prizmaendustri.com/, tel:+905334919005, e-mail: yusuf.koç@prizmaendustri.com

Powered by Froala Editor

“Gardenia” şirkəti Azərbaycan sahibkarları ilə əməkdaşlıqda maraqlıdır Bitkiçilik və kənd təsərrüfatı məhsullarının becərilməsi və yarımfabrikat məsulların istehsalı ilə məşğul olan Türkiyənin “Gardenia” şirkəti Azərbaycan sahibkarları ilə əməkdaşlıqda maraqlıdır. 


2000-ci ildə İstanbulda yaradılmış müəssisə gündə 10 ton kartof emal edərək püre, kroket və oxşar məhsullar hazırlamaq imkanına malikdir. 2800 kvadrat metr daxili sahədən, 200 kvadrat metr ofisdən və 7500 kvadrat metrlik sənaye sahəsindən ibarət müəssisənin 20%-i istehsalat, 20%-i isə anbar kimi istifadə olunur. Qalan ərazi yeni inşa olunan meyvə doğrama və s. istehsal xətləri üçün ayrılıb. 


“Gardenia” şirkəti ilə əməkdaşlıqda maraqlı olan Azərbaycan sahibkarları aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərlər. 


Daha ətraflı məlumat: 

Təqdimat

www.gardeniatarim.com 

info@gardeniatarim.com.tr 

Telefon: 0516 161 9394 


Ünvan: 

İstanbul şəhəri, Organize Sanayi Bölgəsi, 2-ci cadde no 14/a Emirdağ/Afyonkarahisar 



Powered by Froala Editor

Rusiyada istehsal olunan tibbi ləvazimatlar haqqında Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Ticarət Nümayəndəliyindən bu ölkədə istehsal olunan qoruyucu maska, eynək və s. kimi məhsullar barədə ölkəmizdə fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin məlumatlandırılmasına dair müraciət daxil olmuşdur. 


Bu məhsullarla (Kataloqu yüklə) maraqlanan KOB subyektləri Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Ticarət Nümayəndəliyinə müraciət edə bilərlər. 


Əlaqələndirici şəxs: Nikolay Serqeyeviç Bondov 

Tel: +99412 488 10 52 

E-poçt: bondov@rftr.org 

http://www.aze.ved.gov.ru

Powered by Froala Editor

Sverdlovsk vilayətində fəaliyyət göstərən müəssisələr əməkdaşlıq təklif edir Rusiya Federasiyasının Sverdlovsk vilayətində fəaliyyət göstərən sənaye müəssisələri Azərbaycan sahibkarları ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Azərbaycan sahibkarları Sverdlovskda fəaliyyət göstərən müəssisələr barədə məlumatla bu keçiddən tanış ola bilərlər –Təqdimatı yüklə 


Ətraflı məlumat üçün Sverdlovsk vilayətinin Ural Ticarət və Sənaye Palatasına müraciət etmək olar: 

Telefon/Faks: (+343) 214-87-64 

Sayt: uralcci@uralcci.com 

www.uralcci.com

Powered by Froala Editor


Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi inkişaf etməkdə olan ölkələrdə koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərini əhəmiyyətli dərəcədə azaltmaq məqsədilə özəl şirkətlərin təklif etdiyi tədbirləri dəstəkləyir. 


Alman-Azərbaycan Xarici Ticarət Palatası və Almaniyanın Azərbaycandakı Səfirliy bu dəstək proqramı ilə maraqlanan Azərbaycan şirkətlərini 30 sentyabr 2020-ci il tarixinədək "COVID-19 Response" başlığı ilə müraciət etməklə layihə təkliflərini təqdim etməyə dəvət edir. 


Müvafiq layihələr 200 000 avroya qədər maliyyələşdirilə bilər. 


Proqram Alman və Avropa şirkətləri, habelə inkişaf etməkdə olan ölkələrin (Azərbaycan kimi) aşağıdakı tələblərə cavab verən şirkətləri üçün açıqdır: 

 illik dövriyyəsi ən azı 400 000 avro olan; 

 iki əməliyyat maliyyə ilinin qeydləri olan; 

 Avropa İttifaqı və ya İqtisadi Əməkdaşlıqın və İnkişaf Təşkilatının İnkişafa Kömək Komitəsinin siyahısında olan bir ölkədə qeydiyyata alınan və s. 


Proqram və tələb olunan meyarlar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: https://www.developpp.de/en/covid19/ 


Proqramda iştirak etməkdə maraqlı olan Azərbaycan şirkətləri məsləhət üçün Alman-Azərbaycan Xarici Ticarət Palatasına (fabian.zittlau@ahkbaku.de ) və ya +994 (50) 273 44 59 nömrəli telefona müraciət edə bilərlər.

Powered by Froala Editor

2020-ci ilin fevral ayında Səudiyyə İnkişaf Fondunun nümayəndələrinin Azərbaycana işgüzar səfəri planlaşdırılır. Səfərin əsas məqsədi Fondun Səudiyyə İxrac Proqramı (Saudi Export Programme) çərçivəsində Səudiyyə Ərəbistanından ölkəmizə idxal oluna biləcək mal və xidmətlərin güzəştli maliyyələşdirilməsində maraqlı olan Azərbaycan sahibkarları ilə tanışlıq və bu proqram çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə etməkdir. Səudiyyə İnkişaf Fondunun nümayəndələri ilə görüşdə maraqlı olan sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər (əlaqə üçün: info@smb.gov.az, (012) 404-04-01).

Powered by Froala Editor

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) Azərbaycandakı Nümayəndəliyi ölkəmizdə və dünyada qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə dəstəyin göstərilməsi məqsədilə özəl sektor təmsilçilərini əməkdaşlığa dəvət edir. Bu sahədə ətraflı məlumat və əməkdaşlıq üçün özəl sektor nümayəndələri BMTQAK-a (əlaqələndirici şəxs Elsevər Ağayev, telefon: (+99412) 492 14 43 (310), 050 214 60 37, e-mail: aghayev@unhcr.org) və ya Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edə bilərlər (əlaqələndirici şəxs Rəşid Salıfov, telefon: (+99412) 404 04 01, e-mail: rashid.salifov@smb.gov.az).

Powered by Froala Editor

Tatarıstan Respublikasının “İnnopolis” Xüsusi İqtisadi Zonası Azərbaycan sahibkarlarını əməkdaşlığa dəvət edir - Təqdimatı yüklə

Powered by Froala Editor

12-13 dekabr 2019-cu il tarixində Rusiyanın Çelyabinsk şəhərində keçiriləcək biznes-missiyada iştirak etməkdə maraqlı olan Azərbaycanın idxalçı şirkətləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edə bilərlər. 


Əlaqələndirici şəxs: Rəşid Salıfov 

Telefon: (+99412) 404 04 01 

E-mail: rashid.salifov@smb.gov.az

Powered by Froala Editor

Baş qərargahı Bonn şəhərində yerləşən Təcrübəli Ekspertlər Xidməti (Senior Experten Service - SES) “özünə dəstək” prinsipi ilə konsaltinq xidməti göstərən Almaniya fondudur. SES təqaüdə çıxmış mütəxəssislərin, həmçinin peşəkarların iqtisadiyyatın müxtəlif sahələrində bilik və təcrübələrini ötürmələri üçün xarici ölkələrə göndərilməsi ilə məşğul olur. Alman-Azərbaycan Xarici Ticarət Palatası SES layihəsinin Azərbaycanda rəsmi təmsilçisidir. 


Ətraflı:https://www.aserbaidschan.ahk.de/az/biznes-xidmtlri/tcruebliekspertlr-xidmti/

Powered by Froala Editor

Təqdimatı yüklə

Powered by Froala Editor

Sahibkarların nəzərinə! “Euromonitor International” beynəlxalq araşdırma şirkəti iqtisadiyyat, sənaye və istehlakçıların hüquqlarının müdfiəsi sahələrində araşdırmalar aparır. 


Bundan əlavə, şirkət tərəfindən “Passport” adlı məlumat sistemi tətbiq olunur ki, bu, özündə bizneslə bağlı müvafiq bazanı ehtiva edir. Onlayn rejimdə fəaliyyət göstərən sistemin istifadəçiləri sırasında Sinqapur, Şanxay və digər şəhərlərin Ticarət-Sənayə Palataları var. 


“Euromonitor International”ın xidmətlərindən istifadə etməkdə maraqlı olan Azərbaycan şirkətləri ətraflı məlumat üçün müraciət edə bilərlər: 


Telefon: +37052431577 (daxili 4714) Faks: +37052431599.

Powered by Froala Editor

Azərbaycan sahibkarları Tümen vilayətinə işgüzar səfərə dəvət olunur Rusiya Federasiyasının Tümen vilayətinin İnvestisiya siyasəti və sahibkarlığa dövlət dəstəyi departamenti Azərbaycan sahibkarlarını 2019- cu ilin avqust - sentyabr aylarında Tümen vilayətinə işgüzar səfərə dəvət edir. Səfər çərçivəsində Tümen vilayətində fəaliyyət göstərən müəssisələr, o cümlədən onların sənaye və ixrac potensialı ilə tanışlıq, həmçinin əməkdaşlığın qurulması məqsədilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur. 


Sahibkarlıq subyektləri ətraflı məlumat üçün Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (Firuzə Qardaşxanova, telefon: (+994 12) 404-04-01, e-mail: firuza.gardashkhanova@smb.gov.az) və Tümen vilayətinin İnvestisiya siyasəti və sahibkarlığa dövlət dəstəyi departamentinə (Demidenko Yana Yuryevna, telefon: +7 (3452) 42-66-96, e-mail: DemidenkoYaYu@72to.ru) müraciət edə bilərlər.

Powered by Froala Editor

Azərbaycan iş adamları Stavropola işgüzar səfərə dəvət olunur Rusiya Federasiyasının Stavropol diyarının Ticarət Sənaye Palatası Azərbaycan Respublikasının iş adamlarını 2019-cu ilin sentyabr ayında Stavropol diyarına işgüzar səfərə dəvət edir. Səfər çərçivəsində Stavropol diyarının biznes nümayəndələri ilə B2B formatında işgüzar görüşlərin təşkili, iştirakçıların fəaliyyət sahələrinə uyğun müəssisələrlə tanışlığı nəzərdə tutulur.


 Əlavə məlumat üçün: +7 (8652) 51-23-45, e-mail: tppskoves01@gmail.com .

Powered by Froala Editor

Sahibkarların və startapların nəzərinə! Türkiyə Xarici İşlər Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşəbbüsü ilə Türkiyədə məskunlaşan suriyalı məcburi köçkün və qaçqınlar üçün “elektron kimlik” və “sanitar əməliyyatları” adlı pilot layihələr həyata keçirilir. 


Bu istiqamətlərdə istehsal və satış həyata keçirən KOB subyektləri layihələrdə iştirak edə bilərlər. Layihələr barədə ətraflı məlumat üçün: www.sdgia.org

Powered by Froala Editor

“Pover Pro” MMC əməkdaşlıq təklif edir Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə daxil olumuş müraciətə əsasən Ukraynanın “Pover Pro” MMC Azərbaycan sahibkarları ilə əməkdaşlıqda maraqlıdır. “Pover Pro” MMC peşəkar idmançılar üçün qida məhsullarının istehsalı sahəsində ixtisaslaşıb. Maraqlı şəxslər əlavə məlumatı şirkətin https://www.powerpro.in.ua səhifəsindən ala bilərlər. 


Əlaqə: Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin iqtisadi məsələlər üzrə şöbəsinin müdiri Ştelyuk Sergey Nikolayeviç, tel. +994 12 449 40 92; “Pover Pro” MMC-nin əlaqəli şəxsi Olga Bobır, tel. +38066020-00-08, +38067523-28-57, e-mail: office@powerpro.in.ua.

Powered by Froala Editor

Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə daxil olumuş müraciətə əsasən Ukraynanın “AZMOL-Britiş Petrokemikals Ukrayna-Britaniya birgə müəssisəsi” MMC Azərbaycan sahibkarları ilə işgüzar münasibətlərin qurulmasında maraqlıdır. 


“AZMOL-Britiş Petrokemikals Ukrayna-Britanya birgə müəssisəsi” Ukraynanın qeyri-kimyəvi müəssisəsi olaraq 80 ildən çoxdur ki, hər növ mühərrik avadanlıqları üçün müxtəlif sürtkü-soyuducu mayelərin istehsalı sahəsində ixtisaslaşıb. 


Maraqlı şəxslər əlavə məlumatı şirkətin https://azmol-bp.eu/ səhifəsindən ala bilərlər. 


Əlaqə: Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin iqtisadi məsələlər üzrə şöbəsinin müdiri Ştelyuk Sergey Nikolayeviç, tel. +994 12 449 40 92; “AZMOL-Britiş Petrokemikals Ukrayna-Britaniya birgə müəssisəsi” MMC üzrə Smolyar Taras Yuryeviç, tel. +380951885281, e-mail: tsmolyar@berdyansk.biz

Powered by Froala Editor

Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə daxil olumuş müraciətə əsasən Ukraynanın “TENQARDZ” MMC Azərbaycan sahibkarları ilə işgüzar münasibətlərin qurulmasında maraqlıdır. 


“TENQARDZ” MMC “açar təhvil” prinsipi ilə biznesin qorunması üçün kiberdayanıqlılıq sistemlərinin fəaliyyəti üçün proqram təminatı, şəxsi məlumatlar bazasının təhlükəsizlik sisteminin uyğunluğunun qiymətləndirilməsi, kibertəhlükəsizliyin auditi, habelə müvafiq təchizatçı və podratçıların xidmətləri, kiber hücumların aşkarlanması üzrə işçi heyətin hazırlanması, aidiyyəti məlumat dəstəyi və kiber hadisələrin təhqiqatı sahələrində fəaliyyət göstərir. Maraqlı şəxslər əlavə məlumatı şirkətin https://10guards.com/ru/about/ səhifəsindən ala bilərlər.


 Əlaqə: Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin iqtisadi məsələlər üzrə şöbəsinin müdiri Ştelyuk Sergey Nikolayeviç, tel. +994 12 449 40 92; 


“TENQARDZ” MMC-nin biznes-konsaltinq üzrə direktoru Aleksandr Smıçnikov, tel. +380675569720, +380501564224, +3579769763, e-mail: as@10guards.com

Powered by Froala Editor

Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə daxil olmuş müraciətdə qeyd edilir ki, Ukraynanın “Xarkov Ximprom” MMC Azərbaycan sahibkarları ilə işgüzar münasibətlərin qurulmasında maraqlıdır.

“Xarkov Ximprom” MMC plastik tara və qablaşdırma məhsullarının istehsalı ilə məşğuldur və hazır məhsulların Azərbaycanda satışının təşkil edilməsini planlaşdırır.

Maraqlı şəxslər əlavə məlumatı şirkətin YouTube səhifəsindən əldə edə bilərlər.

Əlaqə: tel.: +380934881935; +380577660941

e-mail: el-hout@kharkov-himprom.com

Powered by Froala Editor