Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
2025-ci ilin birinci yarısında sahibkarlarla 70-ə yaxın sahəvi və maarifləndirici görüşlər keçirilib 03.07.25
2025-ci ilin birinci yarısında sahibkarlarla 70-ə yaxın sahəvi və maarifləndirici görüşlər keçirilib

Görüşlər barədə sahibkarlar KOBİA-nın saytından məlumat öyrənə bilərlər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 2025-ci ilin yanvar-iyun ayları ərzində sahibkarların və potensial biznes subyektlərinin iştirakı ilə Bakıda və regionlarda 68 sahəvi və maarifləndirici görüş keçirilib.

1400-dən çox sahibkarın qatıldığı görüşlər maliyyə resurslarına çıxış, turizm, heyvandarlıq, çayçılıq, sənaye, reklam və digər sektorlar üzrə biznesin aktual ehtiyaclarına həsr olunub. Sahibkarların iştirak imkanlarını artırmaq məqsədilə bəzi görüşlər onlayn formatda baş tutub.

2025-ci ilin ikinci yarısında da sahəvi və maarifləndirici görüşlər davam etdiriləcək. Ay ərzində keçirilən görüşlər barədə sahibkarlar KOBİA-nın rəsmi internet saytından məlumat öyrənə bilərlər (https://smb.gov.az/az/events?slug=gorus). 

Qeyd edək ki, müvafiq dövlət qurumlarının iştirakı ilə təşkil olunan belə görüşlər sahibkarlarla birbaşa ünsiyyətin genişlənməsinə, onların ehtiyac və təkliflərinin yerində öyrənilməsinə, mövcud dəstək mexanizmləri barədə məlumatlandırılmasına, eləcə də praktiki məsələlərin müzakirəsinə imkan yaradır. Bu görüşlər, eyni zamanda, sahibkarların bilik və bacarıqlarının artırılması, şəbəkələşməsi, dövlət-sahibkar əməkdaşlığının gücləndirilməsi baxımından da əhəmiyyətlidir. Görüşlərdə biznes subyektlərinin səsləndirdiyi təklif və fikirlər gələcəkdə yeni dəstək alətlərinin formalaşdırılması, qanunvericilik təşəbbüsləri baxımından da önəmlidir. 

Powered by Froala Editor