Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
55 onlayn mağaza, 700 adda məhsul: www.kobmarket.az istifadəçilərinin sayı artır 17.07.21
55 onlayn mağaza, 700 adda məhsul: www.kobmarket.az istifadəçilərinin sayı artır





Bir ay ərzində www.kobmarket.az portalında 55 sahibkarlıq subyekti qeydiyyatdan keçərək onlayn mağazasını yaradıb. Sahibkarlar tərəfindən portala 700 adda məhsul yerləşdirilib. 


www.kobmarket.az portalı sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin onlayn satış imkanlarının genişləndirilməsi və məhsullarını geniş alıcı auditoriyasına tanıtması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılıb. Portalda istifadəçilər üçün vahid ödəniş sistemindən və çatdırılma xidmətlərindən istifadə imkanı mövcuddur. Qeydiyyat prosesi sadədir, sahibkar satışa dair zəruri məlumatları hesabat şəklində portaldan əldə edə bilir. 


Sahibkarlar www.kobmarket.az elektron ticarət portalında qeydiyyatdan keçməklə qısa müddət ərzində onlayn mağazasını aça və məhsullarını burada yerləşdirməklə satış imkanlarını genişləndirə bilərlər. 

Powered by Froala Editor