Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İİB Qrupunun Özəl Sektor Forumu çərçivəsində keçirilən sərgidə Azərbaycan pavilyonu təşkil olunub İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı KOB-ların satış imkanlarının genişləndirilməsinə dəstək Sahibkarlar üçün yeni dövr: yerli startaplar biznesi rəqəmsallaşdırır “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” keçirilir Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün müsabiqə keçirilir Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək Milli Qurtuluş Günü ilə bağlı KOBİA-da tədbir keçirilib Sahibkarlar üçün birgə maliyyələşdirmə proqramı
Astara rayonunda KOB dostu fəaliyyətə başlayıb 28.12.21
Astara rayonunda KOB dostu fəaliyyətə başlayıb

Regionlarda yeni mikro və kiçik sahibkarlıq subyektlərinin yaradılmasına və mövcud KOB-ların inkişafına, sahibkarların maraqlarının müdafiəsinə, onların investisiya təşəbbüslərinin reallaşdırılmasına və maarifləndirilməsinə dəstək göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostu şəbəkəsinin əhatə dairəsi genişləndirilir. 

 

Lənkəran–Astara iqtisadi rayonu üzrə sayca 4-cü KOB dostu Astara rayonunda fəaliyyətə başlayıb. Bununla da KOBİA-nın fəaliyyətə başlamasının 4-cü ilində KOB dostu şəbəkəsi Astara da daxil olmaqla 29 şəhər və rayonu əhatə edir. Dekabrın 28-də KOBİA-nın təşkilatçılığı, Astara Rayon İcra Hakimiyyətinin, sahibkarların və onlara xidmət göstərən müvafiq qurumların nümayəndələrinin iştirakı ilə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib.

 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyət istiqamətləri və KOB dostu mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, Astara və ətraf şəhər və rayonlarda fəaliyyət göstərən mikro, kiçik və orta biznes subyektləri sahibkarlıq fəaliyyəti ilə bağlı KOB dostuna müraciət edə bilərlər. KOB dostu rayonda yeni sahibkarlıq subyektlərinin yaranmasına, mövcud KOB-ların inkişafına dövlət dəstəyini, o cümlədən KOBİA-nın xidmətlərini yerində təmin edəcək. Həmçinin, KOB dostu sahibkarların maraqlarının müdafiəsi və onların qarşılaşdıqları çətinliklərin həlli, eləcə də biznes subyektlərinin inkişaf ehtiyaclarını və təkliflərini sorğular vasitəsilə öyrənəcəkdir. 

 

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev KOB dostunun Astarada fəaliyyətə başlamasının rayonda sahibkarlığın inkişafına, yeni biznes subyektlərinin yaranmasına öz töhfəsini verəcəyini vurğulayıb.

 

Tədbirdə KOBİA-nın sahibkarlara göstərdiyi dəstək və xidmətlər, KOB dostu mexanizmi ilə bağlı filmlər nümayiş olunub, sahibkarların sualları cavablandırılıb.

 

Sonra tədbir iştirakçıları Astara Heydər Əliyev Mərkəzində yerləşən KOB dostu ofisində sahibkarların qəbulu, onlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar. KOB dostu ofisində “KOB könüllüləri” də fəaliyyət göstərəcəkdir. 

 

Həmin gün KOBİA-nın nümayəndələri Biləsuvar rayonunda KOB İnkişaf Mərkəzinin (KOBİM) fəaliyyəti ilə tanış olublar. Qeyd edək ki, Masallı-Cəlilabad-Biləsuvar KOBİM ölkənin 21 şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişaf mərkəzlərindən biridir. Digər KOBİM-lərdə olduğu kimi burada da müvafiq rayonda fəaliyyət göstərən sahibkarların, startapların və biznesə yeni başlamaq istəyən şəxslərin sahibkarlıq sahəsində biliklərinin və məlumatlığının artırılması üçün təlimlər keçirilir, məsləhət və digər xidmətlər göstərilir. KOBİM-lər tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. 

Powered by Froala Editor