Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Azərbaycan Qəhvə Çempionatı keçirilib 07.04.25
Azərbaycan Qəhvə Çempionatı keçirilib

Tədbirdə baristalar texniki bacarıq, yaradıcılıq və müştərilərə xidmət kateqoriyaları üzrə fəaliyyətlərini nümayiş etdiriblər. 

Bakıda Azərbaycanın ilk Qəhvə Çempionatı (“Azerbaijan Coffee Cup 25”) təşkil olunub. Ölkəmizdə fəaliyyət göstərən qəhvə üzrə peşəkarları və sənaye nümayəndələrini bir araya gətirən tədbir qəhvə mədəniyyətini təşviq etmək, qəhvə biznesinin inkişafına, baristaların ustalığını nümayiş etdirməsinə, eləcə də bu sahədə şəbəkələşməyə töhfə vermək məqsədilə təşkil olunub. 

Tədbirə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də dəstək göstərib. 

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Emin Dostiyari, Braziliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz və ”Baristica” MMC-nin direktoru və tədbirin təkilatçısı Rüstəm Baqautdinov qəhvə mədəniyyəti, bu sahənin inkişaf potensialı, ölkəmizdə qəhvə biznesinin inkişafı və məşğulluğun təmin olunmasında rolu, bu sektorda KOB-ların fəaliyyəti və belə tədbirlərin önəmi barədə fikirlərini bölüşüblər. 

Çempionatda Azərbaycanın 15 aparıcı qəhvə məkanından peşəkar baristalar texniki bacarıq, yaradıcılıq və müştərilərə xidmət kateqoriyaları üzrə fəaliyyətlərini nümayiş etdiriblər. 

Tədbir çərçivəsində həmçinin, yerli və xarici qonaqlar arasında əməkdaşlıq imkanları, qəhvə sənayesində innovasiyalar və gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. 

Powered by Froala Editor