Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının yaradılması haqqında Saziş imzalanıb 19.12.22
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının yaradılması haqqında Saziş imzalanıb

Dekabrın 19-da Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclası keçirilib. 

 

İclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Səudiyyə Ərəbistanı Palataları Federasiyası arasında Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının yaradılması haqqında Saziş də imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin səri Orxan Məmmədov və Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri Əhməd Əl Dakhil imzalayıblar.

 

Hər iki ölkədən biznes icmalarının nümayəndələrinin təmsil olunacağı Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası sahibkarların təşəbbüslərini dəstəkləyəcək, iş adamları arasında birbaşa tərəfdaşlıq əlaqələrinin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin, seminar, dəyirmi masa və digər tədbirlərin təşkilinə kömək edəcək, biznes dairələri arasında informasiya mübadiləsini həyata keçirəcəkdir. 

 

Komissiyanın iclasındakı və Azərbaycan-Səudiyyə Ərəbistanı İnvestisiya Forumundakı çıxışlarında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA və Səudiyyə Ərəbistanın müvafiq qurumları arasında əməkdaşlığa dair məlumat verib, KOBİA-nın ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi üçün fəaliyyətini davam etdirəcəyini, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının biznes icmaları arasında əməkdaşlığı inkişaf etdirməklə ticarət əlaqələrinin daha da gücləndirilməsinə töhfə verəcəyini vurğulayıb. KOBİA sədri iş adamlarını işgüzar şura ilə fəal əməkdaşlığa və bu platformaya qoşulmağa dəvət edib.   

Powered by Froala Editor