Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
"Sahibkarlar Günü"nə həsr olunmuş film “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilib Ağdaşda sahibkarların qəbulu keçiriləcək İsmayıllıda sahibkarlığın inkişafına dair görüş təşkil olunub "Şəhərsalma iqtisadi katalizator kimi” mövzusunda interaktiv sessiya keçirilib KOBİA və SEBRAE qadın sahibkarlığına dair müzakirələr aparıb İnnovasiya və startap müsabiqəsi: 57 ölkədən startapçılar Bakıda bir araya gəlir Hər bir biznes fəaliyyəti üçün dövlətdən lisenziya alınmalıdır? KOB-ların satış imkanlarını genişləndirən dəstək alətləri Startaplar üçün İnnovasiya və Startap Müsabiqəsi elan olunur!
Azərbaycanın KOB subyektinə AYİB tərəfindən 4,2 milyon ABŞ dolları həcmində kredit ayrılıb 19.01.23
Azərbaycanın KOB subyektinə AYİB tərəfindən 4,2 milyon ABŞ dolları həcmində kredit ayrılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) vitse-prezidenti Mark Boumanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Görüşdə ölkəmizdə KOB-ların maliyyə resurslarına çıxışının asanlaşdırılması, bu sahədə potensial və birgə layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib. Orxan Məmmədov qeyd edib ki, KOBİA tərəfindən yerli sahibkarlıq subyektlərinə mövcud maliyyə alətlərinə çıxış sahəsində də dəstək göstərilir və stimullaşdırıcı tədbirlər görülür. Görüşdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və Bankın Şərqi Avropa və Qafqaz üzrə idarəedici direktoru Matteyo Patroni də iştirak ediblər.  

Görüş çərçivəsində AYİB tərəfindən Azərbaycanın KOB subyektinə - “Az-Lead” şirkətinə 4,2 milyon ABŞ dolları həcmində kreditin ayrılması barədə müvafiq razılaşma sənədi imzalanıb. 

Müvafiq vəsait şirkətin təkrar emal və saflaşdırma imkanlarını artırmaq, qurğuşun əldə etmə dərəcələrini yaxşılaşdırmaq və “Az-Lead”ə aylıq istehsalını 500 tondan 800 tona və nəhayət 1000 tondan çox artırmağa imkan verəcəkdir. Bu isə öz növbəsində şirkətə avtomobil və bərpa olunan enerji sektorlarında təkrar emal edilmiş qurğuşuna artan tələbatı ödəməyə imkan yaradacaqdır. Maliyyələşdirmə ilə yanaşı, AYİB KOB-lar üçün ən yaxşı beynəlxalq təcrübəyə uyğun olaraq hüquqi təhlil, eləcə də ətraf mühit, sosial və idarəetmə istiqamətlərində şirkətə dəstək olacaqdır.  

Qeyd edək ki, “Az-Lead” 2014-cü ildə yaradılıb və Sumqayıt şəhərində fəaliyyət göstərir. Şirkət istifadə müddəti bitmiş qurğuşun turşusu akkumulyatorlarının təkrar emal edilməsi yolu ilə ikinci dərəcəli qurğuşun külçəsi və saflaşdırılmış qurğuşun külçələri istehsal edir. “Az-Lead” təmizlənməmiş qurğuşunun ən böyük ikinci istehsalçısı və saflaşdırılmış qurğuşun külçələrinin yeganə istehsalçısıdır. Şirkət bütün qurğuşun əsaslı məhsulları ixrac edir. “Az-Lead” 2022-ci ilin dekabrında “Təmiz ətraf mühit və yaşıl artım” nominasiyası üzrə KOBİA-nın təsis etdiyi “Dayaq” mükafatına layiq görülüb.  

Powered by Froala Editor