Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
27 İyun – Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günü: dünyanı dəyişən KOB-lar Sahibkarların Balakəndə qəbulu keçiriləcək Türkiyənin Niğde bölgəsinin iş adamları “Bakı KOB evi”ndə olublar İnvestisiya Portalı: sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti İİB Qrupunun Özəl Sektor Forumu çərçivəsində keçirilən sərgidə Azərbaycan pavilyonu təşkil olunub İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı KOB-ların satış imkanlarının genişləndirilməsinə dəstək Sahibkarlar üçün yeni dövr: yerli startaplar biznesi rəqəmsallaşdırır “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” keçirilir Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib
Bakıda Gənc Sahibkarların II Forumu keçirilib 10.12.21
Bakıda Gənc Sahibkarların II Forumu keçirilib

Dekabrın 10-da Bakı Konqres Mərkəzində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Gənclər Fondunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə Gənc Sahibkarların II Forumu keçirilib.

 

Tədbirdə müvafiq dövlət qurumlarının və gənclər sahəsində fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan və bu sahəyə maraq göstərən gənclər iştirak ediblər.

 

Forum Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti, bu sahədə görülən işlər barədə məlumat verib. 

 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, onların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi üçün yaradılmış imkanlar və bu sahədə KOBİA-nın xidmətləri  barədə fikirlərini bölüşüb, forumun əhəmiyyətini vurğulayıb. 

 

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qurumun fəaliyyəti və sahibkarlara göstərilən dəstək barədə danışıb. 

 

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Fond tərəfindən gənclərin bilik və bacarıqlarının inkişafı, eləcə də müvafiq təşəbbüs və layihələrin müxtəlif formalarda dəstəklənməsi məqsədilə görülən işlər barədə iştirakçıları məlumatlandırıb.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gənc sahibkarların layihələrinin, sosial sahibkarlığın inkişafının və gənclərin yüksək texnologiyalar sahəsindəki təşəbbüslərinin ölkə iqtisadiyyatı üçün əhəmiyyətini qeyd edib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli özünüməşğulluq proqramının gənclərin sahibkarlıq fəaliyyətinə başlaması üçün önəmini qeyd edib, rəhbərlik etdiyi qurumun özünüməşğulluğun təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib.

 

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov Forumun gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, mövcud dövlət dəstəyi mexanizmləri barədə onların məlumatlandırılması, fikir və təkliflərinin öyrənilməsi məqsədilə təşkil olunduğunu və artıq ikinci dəfədir ki, keçirildiyini qeyd edib. 

 

Tədbir çərçivəsində təşkil olunan panel müzakirələrdə Gənclər və İdman Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, KOBİA-nın, Dövlət Məşğulluq Agentliyinin və Azərbaycan Gənclər Fondunun məsul əməkdaşları təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

 

Forumda həmçinin, gənc sahibkarlar biznesin qurulmasına dair uğurlu təcrübələrini, bu sahənin inkişafına töhfə verə biləcək tədbirlər barədə fikirlərini bölüşüblər. 

Powered by Froala Editor