Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Daxili bazar araşdırmasının istiqaməti nəyə əsasən müəyyən edilir? WUF13 çərçivəsində KOBİA panel müzakirə təşkil edəcək Regionlarda sahibkarlarla sahəvi görüşlər davam edir WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar Ümummilli Liderə həsr edilmiş intellektual oyun keçirilib Mikro, kiçik və orta sahibkarlar üçün audit məcburidir? KOBİA-da sahibkarların növbəti qəbulu keçirilib Sahibkarlığın hansı hüquqi formaları mövcuddur? Siyəzəndə sahibkarlarla biznesin inkişafına dair təklif və ehtiyacları müzakirə edilib Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə!
“Bizdən biznesə” startap müsabiqəsinə start verilib 20.10.25
“Bizdən biznesə” startap müsabiqəsinə start verilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, “AccessBank” QSC-nin təşkilatçılığı və “Visa”nın dəstəyi ilə növbəti dəfə “Bizdən biznesə” startap müsabiqəsinə start verilib. 

Layihədə sahibkarlar və startaplar iştirak edə bilərlər. 

Artıq ikinci dəfədir keçiriləcək layihənin məqsədi innovativ ideyaları olan şəxsləri öz bizneslərini qurmağa ruhlandırmaq, onlara maliyyə və mentor dəstəyi təqdim etməklə sahibkarlıq ekosisteminin inkişafına töhfə verməkdir. “Bizdən biznesə” müsabiqəsi innovasiya, sosial təsir və davamlı inkişaf prinsipləri əsasında qiymətləndiriləcək startaplar üçün yeni imkanlar açmağı hədəfləyir. 

Müsabiqənin mərhələləri aşağıdakı kimidir:

  • 15 oktyabr – 15 noyabr 2025 – Müraciətlərin qəbulu 
  • 17–23 noyabr 2025 – 20 uyğun biznes layihəsinin seçilməsi
  • 24–30 noyabr 2025 – Seçilmiş layihələrin təqdimat mərhələsinə hazırlıq prosesi
  • 2–15 dekabr 2025 – 10 finalçı layihənin müəyyənləşdirilməsi və təqdimata hazırlıq
  • 22 dekabr 2025 – Qaliblərin mükafatlandırılması mərasimi

Müsabiqənin qalibləri Münsiflər Heyəti tərəfindən seçiləcəkdir. Ümumi mükafat fondu 75 000 AZN təşkil edən layihə çərçivəsində I yerin qalibi 25 000 AZN, II yerin qalibi 20 000 AZN, III yerin qalibi isə 15 000 AZN məbləğində mükafat əldə edəcək. Bundan əlavə, “Visa” tərəfindən seçilən xüsusi layihəyə də 15 000 AZN məbləğində əlavə mükafat təqdim olunacaqdır.

Qeyd edək ki, ötən il baş tutan “Bizdən biznesə” layihəsinin ümumi mükafat fondu 60 000 AZN təşkil edib. Bu il isə layihə daha geniş miqyasda və daha böyük dəstək paketilə həyata keçirilir.

Daha ətraflı məlumat üçün linkə keçid edin: https://www.accessbank.az/az/biznes/bizdenbiznese/

Powered by Froala Editor