Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
İş adamları kommersiya mübahisələri ilə bağlı “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediatorlara müraciət edə bilərlər 11.01.23
İş adamları kommersiya mübahisələri ilə bağlı “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediatorlara müraciət edə bilərlər

Bu yaxınlarda fəaliyyətə başlamış “Bakı KOB evi”ndə sahibkarlıq fəaliyyəti ilə bağlı yaranan mübahisələrin məhkəməyə getmədən həlli məqsədilə iş adamlarına mediasiya xidməti də göstərilir. Mediasiya Şurası tərəfindən göstərilən xidmətin məqsədi iş adamlarının kommersiya mübahisələrinin həlli üçün mediasiya xidmətlərinə əlçatanlığını və bu sahədə operativliyi təmin etməkdir. Mediasiya xidmətinin iş rejimi həftə içi 5 gün olmaqla, saat 09.00-18.00-dəkdir. 

İş adamları kommersiya mübahisələri ilə bağlı “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediasiya məkanına müraciət edə bilərlər. 

Yanvarın 11-də Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Bakıda fəaliyyət göstərən mediasiya təşkilatlarının rəhbərləri və mediatorlar “Bakı KOB evi”ndə sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar. 

“Bakı KOB evi”nin rəhbərliyi tərəfindən KOB evində sahibkarlara göstərilən "G2B" və "B2B" xidmətlər, eləcə də təlim, startap və mediasiya məkanları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, "Bakı KOB evi"ndə sahibkarlara mediasiya xidmətlərinin göstərilməsi sahəsində KOBİA tərəfindən Mediasiya Şurasına lazımi dəstək göstəriləcəkdir. 

Powered by Froala Editor