Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
"AIM Congress"in Startap Yarışmasının Milli Turuna qeydiyyat başladı! 2024-cü ildə KOB-ların 41 layihəsinin maliyyələşdirilməsinə 714 min manat həcmində qrant ayrılıb Şabran sahibkarları ilə müzakirələr aparılıb İnnovativ startapların böyük hədəfləri KOB-ların fəaliyyətində yaşıl və rəqəmsal texnologiyaların tətbiqi təşviq ediləcək - Orxan Məmmədovla EKSKLÜZİV MÜSAHİBƏ Qobustan rayonunda sahibkarlarla görüş keçirilib İnsan İnkişafı Forumu keçirilib Qiymətli kağızlar bazarının inkişafı və bu sahədə KOB-lar üçün imkanlara dair ictimai müzakirə təşkil olunub KOBİA-ya ISO 10002:2018 beynəlxalq standartı üzrə sertifikat təqdim edilib Regionlarda xidmət sektoru üzrə yeni sahibkarlıq obyektləri yaradılıb
KOB-ların məhsul və xidmətləri "Baku Build 2019" Sərgisində 22.10.19
KOB-ların məhsul və xidmətləri "Baku Build 2019" Sərgisində

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə inşaat sektorunda fəaliyyət göstərən KOB-lar bu gün Bakı Ekspo Mərkəzində öz işinə başlamış 25-ci Azərbaycan Beynəlxalq İnşaat ("Baku Build" 2019) Sərgisində iştirak ediblər.

Sərgidə KOB-lar üçün ayrılmış xüsusi stenddə müxtəlif inşaat materialları, mühəndislik xidmətləri, istilik sistemləri, avtomatlaşdırılmış qapılar, ağıllı ev, təhlükəsizlik sistemləri, landşaft memarlığı və s. məhsul və xidmətlər nümayiş olunur. KOBİA həmçinin, "Baku Build 2019” Sərgisinə dəstək göstərən qurumlar sırasındadır.

Sərginin açılış mərasimində çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizdə sənayenin, o cümlədən tikinti sektorunun inkişafı, bu sahəyə göstərilən dövlət dəstəyi, eləcə də əldə olunmuş müsbət dinamika barədə məlumat verib, iqtisadiyyatın müxtəlif sahələrində əldə olunan uğurların nümayiş olunması baxımından sərgilərin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, 1995-ci ildən keçirilən sərgidə 35 ölkədən 5000-dən çox şirkət öz məhsullarını və qabaqcıl texnologiyalarını nümayiş etdirib. Bu il də ənənəvi olaraq İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu sərgiyə dəstək göstərir.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin müxtəlif mexanizmlər çərçivəsində KOB-lara dəstək göstərdiyini, belə dəstək tədbirlərindən birinin də sahibkarların ixtisaslaşmış sərgilərdə iştirakının təmin edilməsi olduğunu qeyd edib. “Baku Build” Sərgisində də KOBİA öz stendi ilə iştirak edir və burada inşaat sahəsində fəaliyyət göstərən KOB-ların məhsul və xidmətləri nümayiş olunur. Bu dəstəyin əsas məqsədi KOB-ların öz məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etməsinə, satış imkanlarını genişləndirməsinə, biznes əlaqələri qurmasına dəstək olmaqdır.

Qeyd edək ki, “Baku Build 2019” Sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi (“Caspian MebelExpo 2019”), 12-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi (“Securex Caspian 2019”) və 12-ci Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi (“Aquatherm Baku 2019”) keçirilir. Sərgilər oktyabrın 25-dək davam edəcəkdir.

Powered by Froala Editor