Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub Böyük uğurlara iddialı yerli startaplar: onlar gündəlik həyatı asanlaşdırmağı hədəfləyir
KOB-ların yaşıl iqtisadiyyatda roluna dair panel müzakirələr 09.09.24
KOB-ların yaşıl iqtisadiyyatda roluna dair panel müzakirələr

“Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans çərçivəsində iki panel iclas təşkil olunub.

İqtisadiyyat, ekologiya və təbii sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans panel müzakirələrlə davam edib.

“KOB subyektlərinin yaşıl iqtisadiyyata keçidinin zərurəti” mövzusunda paneldə İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva, “SmartNation” Platformasının rəhbəri, COP29 Təşkilat Komitəsinin üzvü Şəbnəm Məmmədova, “ACWA Power Azerbaijan Renewable Energy” MMC-nin layihə direktoru Eşli Roulands, energetika üzrə ekspert Cahangir Əfəndiyev və “Sustainera Solutions” şirkətinin partnyoru İlkin Hacıyev yaşıl iqtisadiyyatın inkişafda rolunun artırılmasında dövlətin prioritetləri, karbon izi indikatorlarının ixraca təsiri, bərpa olunan enerji tərəfdaşlığı vasitəsilə KOB-ların potensialının artırılması, enerji səmərəliliyinin karbon emissiyasının azaldılmasında rolu, xalis sıfır hədəflərinə çatmaqda KOB-ların əhəmiyyəti, KOB-ların yaşıl iqtisadiyyata keçidinin sürətləndirilməsi üçün potensialın artırılması barədə məlumat veriblər.

“İqlim maliyyəsi və KOB-lar” mövzusunda paneldə isə Energetika Nazirliyinin İqtisadiyyat şöbəsi müdirinin müavini Eldar Əhmədov, Mərkəzi Bankın Dayanıqlı maliyyə şöbəsinin aparıcı iqtisadçısı Kənan Məmmədov, Azərbaycan Bank Tədris Mərkəzinin fəxri direktoru Cavanşir Abdullayev, strateji və idarəetmə məsələləri üzrə ekspert və “Caspian Group”un təsisçi partnyoru Mehman Abbas, Azərbaycan Beynəlxalq Bankının Strategiya ofisi direktorunun müavini Berk Öztürk yaşıl maliyyənin genişlənməsi sahəsində vizyona və strateji planlara, Enerji Fondunun yaşıl keçidin maliyyələşdirməsi üçün mexanizmlərinə, maliyyə bazarı iştirakçılarının yaşıl maliyyələşməyə hazırlığı barədə fikirlərini bölüşüblər.

Hər iki panel üzrə müzakirələr bitdikdən sonra sahibkarların sualları cavablandırılıb.

Powered by Froala Editor