Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
KOBİA-nın əməkdaşları üçün təlim təşkil olunub 24.11.21
KOBİA-nın əməkdaşları üçün təlim təşkil olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) menecment heyətinin idarəetmə təcrübəsinin və peşəkar vərdişlərinin təkmilləşdirilməsi məqsədilə Şabran rayonunda beynəlxalq və yerli ekspertlərin iştirakı ilə təlim təşkil olunub. Təlim Avropa Birliyinin “Kiçik və orta sahibkarlıq üçün daha əlverişli mühitin yaradılması və rəqabət qabiliyyətliliyinin artırılmasına dəstək” layihəsi çərçivəsində həyata keçirilib.   


Tədbirdə Agentliyin əməkdaşları üçün korporativ idarəetmə standartları, xidmət səviyyəsinin yüksəldilməsi, layihələrin idarəedilməsi bacarıqları və menecment sahəsində digər mövzular üzrə təqdimatlar keçirilib. Təlimdə KOB-lara dəstək üzrə bir sıra ölkələrin qabaqcıl beynəlxalq təcrübələri, “yaşıl iqtisadiyyat”ın KOB-ların fəaliyyətində təşviqi və digər mövzulara da toxunulub. 


Agentlik əməkdaşlarının komanda ruhunun daha da inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə təlim çərçivəsində müxtəlif komanda yarışları və müsabiqələr də keçirilib.

Powered by Froala Editor