Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
KOBİA “Onlayn B2G Forum”da təmsil olunub 12.10.21
KOBİA “Onlayn B2G Forum”da təmsil olunub

“Caspian Energy Club”un təşkilatçılığı ilə növbəti “Onlayn B2G Forum” keçirilib. Tədbirdə işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialının reallaşdırılması və bu ərazilərə investisiya qoyuluşu sahibkarların iştirakı ilə müzakirə edilib, onların təklifləri dinlənilib. 


Forumda iştirak edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi və investisiya potensialına malik olması həmin ərazilərdə müxtəlif sahələri əhatə edəcək yeni biznes layihələrinin reallaşmasına və sərmayələrin cəlb edilməsinə şərait yaradır. “Sahibkarların iştirakı ilə keçirilən bu forum Qarabağın zəngin iqtisadi potensialının reallaşdırılması, işğaldan azad edilmiş ərazilərimizə investisiya qoyuluşu ilə bağlı biznes subyektləri ilə müzakirələrin aparılması və onların təkliflərinin dinlənilməsi üçün əhəmiyyətli platforma rolunu oynayacaqdır. 2020-ci ilin dekabr ayından etibarən Agentlik işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərindən müraciətləri qəbul etməkdə davam edir. İndiyədək işğaldan azad olunmuş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 791 müraciət daxil olub. Bunlardan 406-sı investisiya layihələri, 385-i isə digər iş və xidmətlərin həyata keçirilməsi ilə bağlıdır. Həmçinin, 28 ölkədən 226 layihə təqdim edilib”. 


Forumda həmçinin, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Powered by Froala Editor