Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub “İnvestisiya səyahəti” tədbiri bu dəfə Masallıda 2024-cü ilin ən fəal sahibkarları mükafatlandırılıb KOBİA-da vətəndaş qəbulu keçirilib Göyçayda keçirilmiş "KOB FEST" sərgi-satış yarmarkası KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 6-cı qrant müsabiqəsinin nəticələri açıqlanıb KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib Rəqəmsallaşmaya töhfə verən yeni startaplar Sayca 9-cu “KOB Fest” sərgi-satış yarmarkası Göyçayda keçirilir
KOBİA qadın sahibkarlığına dair onlayn forumda iştirak edib 25.11.20
KOBİA qadın sahibkarlığına dair onlayn forumda iştirak edib

“Qlobal sahibkarlıq həftəsi” çərçivəsində noyabrın 25-də “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı, müvafiq dövlət qurumlarının və diplomatik korpusun nümayəndələrinin, bir sıra ölkələrdən olan qadın sahibkarların iştirakı ilə “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda 3-cü Forum keçirilib.

Onlayn tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, “COVİD 19” pandemiyası səbəbindən dünyada sosial-iqtisadi fəallığın məhdudlaşması və bunun ölkəmizə təsirləri, eləcə də Azərbaycanın qələbəsi ilə başa çatmış 2-ci Qarabağ müharibəsi nəticəsində torpaqlarınızın işğaldan azad olunması ilə əlaqədar qarşımızda yeni vəzifələr durur. Vurğulanıb ki, hazırda qlobal səviyyədə və ölkəmizdə qadın sahibkarlığın iqtisadiyyatda rolu artmaqdadır və qadınlar kiçik biznes yaratmağa, özünüməşğulluğa daha çox maraq göstərirlər. KOBİA-nın fəaliyyətində qadın sahibkarlığının inkişafı hər zaman prioritet istiqamətlərdən olub. Agentlik tərəfindən qadın sahibkarlığının inkişafının təşviq edilməsi, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artırılması və bu məqsədlə müvafiq dəstək mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Qadın sahibkarlığının inkişafı tədbirləri onlarla sıx əməkdaşlıq şəraitində, bu məqsədlə yaradılmış dövlət-sahibkar əməkdaşlığı platformaları əsasında reallaşdırılır. Bu baxımdan, KOBİA yanında fəaliyyət göstərən İctimai Şuranın imkanlarından geniş istifadə edilir, şurada Qadın Sahibkarlığının İnkişafı Assosasiyası da aktiv təmsil olunur. KOBİA tərəfindən qadınların sahibkarlıq, bu sahədə yeniliklər, dəstək mexanizmləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq təşkil etdiyi maarifləndirici tədbirlərdə iştirakçıların 30%-ni qadın sahibkarlar təşkil edib. Agentliyin struktur bölmələri olan və sahibkarların bilik və bacarıqlarının artırılmasına xidmət edən KOB inkişaf mərkəzləri vasitəsilə qadınların biznesə və özünüməşğulluğa cəlb edilməsi istiqamətində müxtəlif tədbirlər görülməkdədir və artıq bir sıra uğurlu nəticələr də mövcuddur. Orxan Məmmədov qeyd edib ki, qadın sahibkarlığının inkişafı məqsədilə layihə və proqramlar hazırlanan zaman, xüsusilə kənd yerlərində qadınların məşğulluğu məsələsi diqqət mərkəzində saxlanılır.

Forumda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Konitəsinin sədri Bahar Muradova, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin sədri Səkinə Babayeva və qadın sahibkarlar çıxışlarında ölkəmizdə qadın sahibkarlığı və bu sahədə görülən işlər, dünyada qadın sahibkarlığının inkişafı və əməkdaşlıq imkanları barədə məlumat verib, müxtəlif təkliflər səsləndiriblər. Onlayn tədbir çərçivəsində həmçinin, Azərbaycanda qadın sahibkarlığına dair film nümayiş olunub və panel müzakirələr aparılıb.

Powered by Froala Editor