Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İdeyadan reallığa: yeni nəsil startaplar parlaq gələcək vəd edir Sahibkarların “yaşıl layihə”lərinin maliyyələşdirilməsinə dəstək üçün 450 min manat həcmində qrant ayrılıb Azərbaycan startapı sərhədləri aşır: “CLIMASEL” xarici investorların diqqət mərkəzində... Klasterləşmə təşəbbüsü olan sahibkarların nəzərinə! Biznesin inkişaf etdirilməsi ilə bağlı İmişlidən olan sahibkarların təklifləri dinlənilib İxracla məşğul olan sahibkarlar üçün təlimlərə start verilib 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı 7-ci qrant müsabiqəsi elan edilir KOBİA nümayəndələri “WCF Africa 2025” Sammitində iştirak edib KOBİA nümayəndələri Əbu-Dabidə keçirilən İllik İnvestisiya Toplantısında iştirak ediblər
KOBİA sahibkarları sahəvi görüşlərdə və maarifləndirici tədbirlərdə aktiv iştirak etməyə dəvət edir 01.02.24
KOBİA sahibkarları sahəvi görüşlərdə və maarifləndirici tədbirlərdə aktiv iştirak etməyə dəvət edir

2023-cü ildə 3600-dən çox sahibkarın iştirakı ilə 131 sahəvi görüş və maarifləndirmə tədbiri keçirilib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün müxtəlif mövzularda sahəvi görüşlər və maarifləndirmə tədbirləri təşkil olunur. Görüşlər Bakı şəhərində və ölkə regionlarında olmaqla onlayn və oflayn formatlarda keçirilir. Mikro, kiçik və orta biznes subyektləri Agentlik tərəfindən mütəmadi olaraq təşkil olunan sahəvi görüşlərlə bağlı ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsindən əldə edə bilərlər (https://smb.gov.az/az/events?slug=gorus).

Eyni zamanda sahibkarlar müvafiq dövlət qurumlarının iştirakı ilə sahəvi görüşlərin və maarifləndirici tədbirlərin keçirilməsi üçün təkliflərini Agentliyə təqdim edə bilərlər (info@smb.gov.az).

Aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələrinin iştirakı ilə təşkil olunan görüş və maarifləndirici tədbirlərdə sahibkarlar mövcud dövlət dəstəyi mexanizmləri, yeniliklər barədə məlumatlanlandırılır, onları narahat edən problemlər və həlli yolları müzakirə edilir, KOB-ların ehtiyacları və təklifləri öyrənilir, sahibkarları maraqlandıran suallar cavablandırılır. Həmçinin, sahəvi görüşlərdə sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli üçün dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görülür, sahibkarların təklifləri ümumiləşdirilərək aidiyyəti üzrə təqdim edilir. 

İndiyədək KOBİA-nın təşkilatçılığı ilə keçirilən sahəvi görüşlərdə qaldırılan bir sıra problemlər dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində öz müsbət həllini tapıb, səsləndirilən müxtəlif təkliflər dəstək mexanizmlərinin təkmilləşdirilməsi zamanı nəzərə alınıb. 

Qeyd edək ki, təkcə 2023-cü ildə KOBİA-nın təşkilatçılığı ilə 131 sahəvi görüş və maarifləndirmə tədbiri keçirilib. Bu tədbirlərdə 3600-dən çox sahibkar iştirak edib. Görüşlər əsasən kənd təsərrüfatının çayçılıq, üzümçülük, istixana fəaliyyəti, şərabçılıq, heyvandarlıq, quşçuluq sahələrini, turizm, nəqliyyat, logistika, ictimai-iaşə, ticarət, aqrobiznes, idxal-ixrac və reklam fəaliyyəti istiqamətlərini əhatə edib. 

 

Powered by Froala Editor