Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb "Startap" şəhadətnaməsini uğura çevirən yerli layihələr: "Hellojob.az" və "iCheck" KOB klaster şirkətləri sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaradır Biznes müqavilələri Məqsədimiz “NooshCard”ı ölkə üzrə şirkətlər üçün standart həllə çevirməkdir – MÜSAHİBƏ Sahibkarların müraciətləri dinlənilib
KOBİA Şəmkirdə istixana təsərrüfatının yaradılmasına dəstək göstərib 16.10.19
KOBİA Şəmkirdə istixana təsərrüfatının yaradılmasına dəstək göstərib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Şəmkir rayonunun Sarıtəpə kəndində istixana təsərrüfatı fəaliyyətə başlayıb. “Azaqro” MMC-yə məxsus istixananın fəaliyyətinin genişləndirilməsi üçün KOBİA tərəfindən konsaltinq və hüquqi məsləhət xidmətləri, aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə, dövlət dəstəyi mexanizmləri haqqında məlumatlandırma və onlara çıxış kimi istiqamətlərdə dəstək göstərilib.


Layihə investisiya təşviqi sənədi əsasında reallaşdırılıb. Layihəyə 2,3 milyon manat həcmində investisiya yatırılıb. Hollandiyanın “Çerthon” şirkətinin layihəsi üzrə yaradılmış istixanada innovativ texnologiyalar əsasında 1 hektar sahədə gül yetişdirilir. Təsərrüfatın illik istehsal gücü 1,5-2 milyon ədəd gül təşkil edir. İstixana təsərrüfatı qeyri-neft ixracının artmasına, regionda məşğulluğun təmin edilməsinə də öz müsbət töhfəsini verəcəkdir. Burada yetişdirilmiş güllər daxili və xarici bazarda (Gürcüstan, Rusiya) satılacaqdır. İstixana təsərrüfatında 30 nəfər yerli sakin işlə təmin edilib.


Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov KOBİA-nın dəstəyinin layihənin uğurla reallaşmasında əhəmiyyətli olduğunu, Şəmkir rayonunda “KOB Dostu”nun fəaliyyətə başlamasının rayonda fəaliyyət göstərən sahibkarlara dəstək olacağını qeyd edib.


KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olduğunu qeyd edib, bu istiqamətdə reallaşdırılan dövlət dəstəyi tədbirləri, Agentliyin fəaliyyəti barədə məlumat verib. İstixana təsərrüfatının yaradılmasının KOB sektorunun inkişafında əhəmiyyətli olduğunu qeyd edən Orxan Məmmədov KOB-lara və onların layihələrinə dövlət dəstəyinin göstərildiyini və bunun davamlı olacağını diqqətə çatdırıb.

Powered by Froala Editor