Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarların müraciətləri dinlənilib “KOB könüllüləri” proqramına maraq artmaqda davam edir Biznes tərəfdaşlığı proqramı çərçivəsində təlimlər keçirilir Bu ilin ötən dövründə 35 “Startap” şəhadətnaməsi verilib Vergi güzəştləri ilə böyüyən startaplar: “BillKill” və “OnWay” Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərən sahibkarların nəzərinə! Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN
KOBİA Virtual Sahibkarlar Yarmarkasının fəaliyyətini dəstəkləyir 18.12.20
KOBİA Virtual Sahibkarlar Yarmarkasının fəaliyyətini dəstəkləyir

Dekabrın 18-də 100-ə yaxın sahibkarın 20-dək sahə üzrə 500 çeşiddən çox məhsullarının nümayiş olunduğu Virtual Sahibkarlar Yarmarkasının açılışı olub.

Yarmarka Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikro sahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsi çərçivəsində reallaşdırılır.

Virtual yarmarka ilə bağlı Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə istehsalçı, təchizatçı, istehlakçı və müvafiq qurumların məlumatlandırılması məqsədilə təşkil olunmuş onlayn tədbirə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də qatılıb.

Tədirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin mikro sahibkarlığın inkişafına dəstəyi nəzərdə tutan platformaları dəstəklədiyini, coğrafi əhatəlilik və geniş məhsul çeşidlərinin satışına dəstəyi nəzərdə tutan layihənin effektiv olacağına əminliyini vurğulayıb. Qeyd olunub ki, yarmarkaya qatılan iştirakçıların əksəriyyətinin qadın sahibkarlar olması, platformanın hazırkı pandemiya şəraitində təşkili xüsusilə əhəmiyyətlidir. Layihədə təmsil olunan mikro sahibkarların növbəti mərhələdə KOBİA-nın daxili bazar araşdırmalarına dəstək, KOB inkişaf mərkəzinin xidmətlərindən ödənişsiz istifadə, “KOB Dostu” şəbəkəsi vasitəsilə yerində hərtərəfli dəstək, Agentliyin yaxın vaxtlarda fəaliyyətə başlayacaq onlayn satış platformasından istifadə etməsi onların inkişafı üçün faydalı olacaqdır.

Qeyd edək ki, Virtual Sahibkarlar Yarmarkasının açılışına həsr olunmuş onlayn tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin sədri Cəlal Əliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, İslam İnkişaf Bankının Davamlılıq və Sosial İnkişaf Departamentindən Kristonia Lokhart və digərləri iştirak ediblər.

Powered by Froala Editor