Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
"Marketinqin əsasları və satışın təşkili" və "Bizneslər üçün sosial şəbəkələrdən düzgün istifadə" mövzularında təlimlər keçiriləcək 10.02.23
"Marketinqin əsasları və satışın təşkili" və "Bizneslər üçün sosial şəbəkələrdən düzgün istifadə" mövzularında təlimlər keçiriləcək

Fevralın 11-də KOBİA-nın Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları və satışın təşkili" və "Bizneslər üçün sosial şəbəkələrdən düzgün istifadə" mövzularında təlimlər keçiriləcək.

 

Saat 10.00-da keçiriləcək "Marketinqin əsasları və satışın təşkili" mövzusunda təlimdə marketinq nədir, brend anlayışı və onun marketinqdə əhəmiyyəti, kommunikasiya əməliyyatları, satış və onun təşkili prosesi, “B2C”, “B2B” və “B2G” satışın təşkili ilə bağlı məlumat veriləcək. 

 

Saat 15.00-da təşkil olunacaq "Bizneslər üçün sosial şəbəkələrdən düzgün istifadə" təlimində isə “Facebook”da reklam qaydaları, reklamların şəxsi profildən və ya biznes menecerdən yerləşdirilməsi, “İnstagram” reklamlarında vacib məqamlar, targetinq nədir və necə qurulur məsələlərinə dair iştirakçılara məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq. 

 

Hər iki təlim “Bakı KOB evi”ndə keçiriləcək. Təlimlərdə iştirak etmək istəyənlər (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya baki@kobim.az elektron poçt ünvanına müraciət edə bilərlər. Təlimlər ödənişsizdir.

Powered by Froala Editor