Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
Menecerlərin ixtisasının artırılması sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı davam edir 02.03.21
Menecerlərin ixtisasının artırılması sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı davam edir

Martın 2-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyi arasında “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılmasına dair əməkdaşlığın davam etdirilməsi haqqında” Birgə Niyyət Bəyannaməsi imzalanıb. 


Sənədi İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov və Almaniya Federativ Republikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq imzalayıblar.

 

İqtisadiyyat Nazirliyinin, Almaniyanın Azərbaycandakı Səfirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə qeyd olunub ki, bu sahədə əməkdaşlıq 2009-cu ildən həyata keçirilir. Sənəd 3 illik müddətə imzalanır və Azərbaycanın sahibkar və menecerlərinin ixtisasının artırılması sahəsində əməkdaşlığı ehtiva edir. Proqramın Azərbaycan üzrə əlaqələndiricisi KOBİA, Almaniya tərəfindən isə GİZ-dir.

 

Qeyd: “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın məqsədi Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, sahibkarların və menecerlərin Almaniyanın tədris mərkəzlərində nəzəri və praktik biliklərinin artırılması, Almaniya müəssisələrində innovativ texnologiyalar və idarəetmə metodları ilə tanışlıq və iqtisadi kooperasiya əlaqələrinin yaradılmasıdır. 2009-2020-ci illərdə ölkə iqtisadiyyatının müxtəlif sahələrində çalışan 451 nəfər azərbaycanlı sahibkar və menecer Almaniyanın müxtəlif şəhərlərində təlim və təcrübə keçiblər. GİZ-in qiymətləndirməsinə əsasən, 2017-2019-cu illərdə proqram çərçivəsində iki ölkənin şirkətləri arasında 40-a yaxın müqavilə imzalanıb. 

Powered by Froala Editor